close

Türkiyədə zəlzələdən ölənlərin sayı 18 min 342 nəfər oldu

Foto: Reuters

\

74 mindən artıq yaralı var

Türkiyədə fevralın 6-da baş verən güclü zəlzələlər nəticəsində ölənlərin sayı 18 min 342 nəfərə çatıb.

Yaralı sayı isə  74 min 242 nəfərdir.

Fevralın 9-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, 6400-dən çox bina dağılıb.

Onun sözlərinə görə, Türkiyə bir il ərzində bölgədə yeni üç və dörd mərtəbəli binalar tikməyi hədəfləyir.

Hataydakı zəlzələ bölgəsindəki şəhərin giriş-çıxışlarında sıxlıq var. Səbəb yolda müxtəlif şəhərlərdən gələn dəfn maşınlarının çoxluq təşkil etməsidir.

Şəhərdə dünənkindən daha az təcili yardım maşını var.

Türkiyənin vitse prezidenti Fuat Oktay bildirib ki, hazırda sahədə 29 min 622 axtarış-xilasetmə personalı çalışır:

“Beş gündə ümumi 72 min 879 nəfər xilas edilib”.

Kahramanmaraşda fevralın 6-da birincisi 7.7 bal, ikincisi 7.6 bal gücündə ard-arda iki zəlzələ baş verib.

Birinin episentiri Pazarcık, digərinin Elbistan olan zəlzələlər Hatay, Qaziantep, Osmaniye, Malatya, Adama, Diyarbakır, Şanlıurfa, Adıyaman və Kilisi sarsıdıb. Minlərlə ev dağılıb və dağıntılar altında insanlar qalıb.

Zəlzələ İraqa da təsir edib. Burada da yüzlərlə ev dağılıb və 3 minədək insan həyatını itirib, tarixi abidələr zədə alıb.

Ana səhifəXəbərlərTürkiyədə zəlzələdən ölənlərin sayı 18 min 342 nəfər oldu