close

Hövsan sakinləri binanın təhlükəli olduğunu deyirlər: “…daşlar tökülür”

Fotolar: Meydan TV

Onlar müraciətlərinə baxılmadığını bildirirlər

Bir az külək olan kimi binadan daşlar yerə tökülür. Sonuncu hadisə bir neçə gün əvvəl baş verib. Xoşbəxtlikdən heç kim xəsarət almayıb”.

Bunu Meydan TV-yə Suraxanı rayonu, Hövsan qəsəbəsi, Rüfət Abdullayev 3 ünvanının sakinləri bildiriblər.

Onların sözlərinə görə, binada 60-a yaxın mənzil var.

Həyətdə daim uşaqlar oynayırlar. Binadan daşlar tökülüb, amma tədbir görən olmur. Halbuki hər an kiminsə başına daş, kərpic qırıntıları tökülə bilər. Bununla bağlı şikayətlər edilib, amma tədbir görülmür”,- bina sakinlərindən biri deyib.

Hövsan sakini Vəfa Zeynalova deyib ki, Hövsandaki əksər köhnə binalarda təhlükəli vəziyyət hökm sürür.

Bununla bağlı Mənzil İstismar Sahəsinə, bələdiyyəyə məlumatlar verilib.

Sakinlər avtomobilləri binaların yaxın ərazilərinə park etmək məcburiyyətində qalırlar. Çünki son illər Hövsan sürətlə böyüyür, yeni binalar tikilir, hətta əksər binaların həyətində parklama üçün yer qalmır.

Həyət evlərinin tikintisinə icazə verən qurumlar sıxlığın və parklanmanın təhlükəli vəziyyət yaradacağını nəzərə almır, qorunmaq üçün təhlükəsizlik tədbirləri görmürlər.

Hövsan bələdiyyəsindən bildiriblər ki, onlara bununla bağlı şikayət daxil olmayıb.

Ərazi Mənzil İstismar Sahəsindən isə deyiblər ki, sakinlərin müraciəti ilə binaya baxış keçirilib, görüntülər çəkilərək aidiyyatı qurumlara müraciət edilib.

Ana səhifəSosialHövsan sakinləri binanın təhlükəli olduğunu deyirlər: “…daşlar tökülür”