close

İlham Əliyev bir nazirə “səlahiyyətli səfir”, digərinə “səlahiyyətli elçi” rütbəsi verdi

Foto: XİN

XİN rəhbərinin iki müavini də  “səlahiyyətli səfir” oldu

Prezident İlham Əliyev Azərbaycanın diplomatik xidmət orqanları əməkdaşlarına diplomatik rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, xarici işlər naziri Ceyhun Bayramova və müavinləri Elnur Məmmədovla  Fariz Rzayevə “Fövqəladə və səlahiyyətli səfir” rütbəsi verilib.

Azərbaycanın Birləşmiş Millətlər Təşkilatında daimi nümayəndəliyinin rəhbərinin müavini Tofiq Musayevə “Birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi”, maliyyə naziri Samir Şərifov və Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin rəisi Emil Səfərova isə “İkinci dərəcəli fövqəladə və səlahiyyətli elçi” rütbəsi verilib.

Sərəncam iyulun 9- da Azərbaycanda qeyd olunan diplomatların peşə bayramı – Diplomat Günü ərəfəsində imzalanıb.

Ana səhifəSiyasətİlham Əliyev bir nazirə “səlahiyyətli səfir”, digərinə “səlahiyyətli elçi” rütbəsi verdi