close

Qlobal istilərin başlandığı bildirilir

Qlobal istiləşmə. Foto: Sergei25/shutterstock

Temperatur rekord həddə yüksəlib

Dünyada orta temperatur bu həftə üçüncü dəfə yeni maksimuma çatıb.

ABŞ-ın Ətraf Mühitin Proqnozlaşdırılması üzrə Milli Mərkəzlərinin məlumatına görə, havanın qlobal orta temperaturu 17,23° selsi olub.

Bazar ertəsi, iyulun 3-də bu göstərici 17 dərəcəyə, ertəsi gün isə 17,18 dərəcəyə çatıb.

Hər iki rəqəm son illərin rekord göstəricisidir.

Pensilvaniya Universitetindən klimatoloq Maykl Manın sözlərinə görə, son həftə buz dövründən sonra son 120 min ilin ən isti həftəsi olub.

İstiləşmənin ən əsas hərəkətverici qüvvəsi 90%-dən çoxu karbon qazı (CO2) və metandan ibarət olan istixana qazlarının emissiyasıdır.

Antropogen amillər sırasında azot oksidi, azot-1 oksid və xlor-flor birləşmələri də yer alır.

Bu emissiyaların əsas mənbəyi enerji istehlakı üçün təbii yanacaqların (kömür, neft və qaz) yandırılması olsa da, kənd təsərrüfatının, ağacların kəsilməsinin və sənaye proseslərinin də rolu var.

Eyni zamanda, məişət tullantıları, avtomobillərin hava buraxdıqları qazlar da atmosferi çirkləndirməklə istiləşməyə yol açır.

Alimlər xəbərdarlıq edirlər ki, hava qeyri-adi isti olur və çox güman ki, bu yay rekordlar davam edəcək.

Qlobal isti hava temperaturu ən yüksək həddə 2016-cı ildə olmuşdu.

Son günlər Azərbaycanda da havanın tempraturu kəskin artıb.

İyunun 9-na olan məlumatda Azərbaycanda havanın temperaturu 42 dərəcəyədək artacaq.

Ana səhifəDünyaQlobal istilərin başlandığı bildirilir