close

İlham Əliyev icra başçısını vəzifəsindən azad etdi

Ziyəddin Əliyev. Foto: Quba Rayon İcra Hakimiyyəti

Ziyəddin Əliyev 6 il idi ki, Qubanın icra başçısı idi

Ziyəddin Əliyev Quba rayon icra hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Bu barədə iyunun 14-də ölkə başçısı İlham Əliyev sərəncam imzalayıb.

Ziyəddin Əliyev 2017-ci ildə Quba rayon icra hakimiyyətinin başçısı təyin olunub.

1963-cü ildə Ermənistanın Krasnoselsk rayonunun Ardanis kəndində anadan olan Z.Əliyev İnşaat Mühəndisləri İnstitutunu bitirib.

İxtisasca inşaat mühəndis olan Z.Əliyev əmək fəaliyyətinə 1980-cı ildə “Azərbaycan Kənd Təsərrüfatı Texnikası” Layihə Kontorunda başlayıb.

O, 1999-2001-ci illərdə Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Departamentinin “Yoltəmirtikinti” Birliyində idarə rəisi, 2001-2002-ci illərdə “Bakı Yoltikintiservis” ATSC-nin Material təchizatı sahəsinin rəisi, 2002-2008-ci illərdə “Bakı Yol Tikinti-1” ATSC-nin direktoru, 2009-2010-cu illərdə Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC-nin “77 saylı Yol İstismarı” MMC-də baş mühəndis vəzifələrində çalışıb.

Ana səhifəXəbərlərİlham Əliyev icra başçısını vəzifəsindən azad etdi