close

İlham Əliyev vitse-prezidentin daha bir köməkçisini özünə köməkçi təyin etdi

Andrey Sipilin. Foto: “yeniavaz.com”

Andrey Sipilin şöbə müdiri oldu

Andrey Sipilin Azərbaycan Prezidentinin köməkçisi, Prezidenti Administrasiyasının Hərbi-texniki təminat məsələləri şöbəsinin müdiri təyin edilib.

Bu barədə dövlət başçısı İlham Əliyev noyabrın 24-də sərəncam imzalayıb.
Ölkə başçısının digər sərəncamı ilə Andrey Sipilin Birinci vitse-prezident Mehriban Əliyevanın köməkçisi vəzifəsindən azad edilib.

Andrey Sipilin 1995—1999-cu illərdə Heydər Əliyev adına Siyasi Elmlər Akademiyasında, 2000—2002-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində, 2000—2004-cü illərdə isə Bakı Dövlət Universitetində təhsil alıb.

O, 2001-ci ildə Konstitusiya Məhkəməsində İnformasiya Texnologiyaları şöbəsinin müdiri vəzifəsində çalışıb.

2004—2006-cı illərdə “McDermott Caspian Contractors Inc” şirkətində müxtəlif vəzifələrdə işləyib. Daha sonra “PAŞA İnşaat” MMC-də İnsan Resursları və İdarəetmə departamentinin direktoru vəzifəsində fəaliyyət göstərib.

Ötən həftə Prezident Mehriban Əliyevanın daha bir köməkçisini – Xalid Əhədovu Azərbaycan Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi təyin edib.

Ana səhifəXəbərlərİlham Əliyev vitse-prezidentin daha bir köməkçisini özünə köməkçi təyin etdi