close

İnzibati həbsi başa çatan futbolçular Ermənistana təhvil verilib

Həbs. Foto: Meydan TV

Hər 3 şəxsin Laçın sərhəd  məntəqəsindən keçidi təmin edilib

Avqustun 28-də Azərbaycanın Laçın sərhəd-buraxılış məntəqəsində saxlanılan üç nəfər Ermənistan vətəndaşı ölkələrinə geri təhvil verilib.

Onlar Alen Sarqsyan, Vahe Hovsepyan, Levon Qriqoryandır.

Azərbaycan hökuməti hər üç şəxs barəsində 10 gün müddətinə inzibati qaydada həbs qətimkan qərarı çıxarmışdı.

Bu barədə məlumat yayan Azərbaycan Baş Prokurorluğu bildirib ki, hər üç şəxsin inzibati qaydada həbs olunma müdəti başa çatıb və onların Laçın sərhəd-keçid məntəqəsindən Ermənistana keçmələri təmin edilib.

Azərbaycanın onlar həbs edilərkən yaydığı rəsmi məlumatda bildirilirdi ki, avqustun 28-də Laçın sərhəd-keçid məntəqəsində Ermənistan vətəndaşı olan futbolçular həbs edilib.

Səbəb kimi onların Azərbaycan bayrağını təhqir etdikləri bildirilib.

Ermənistan tərəfi isə ilk gündən açıqlama verərək vətəndaşlarının oğurlandığını bildirib.

Futbolçuların və onların yaxınlarının həbslə bağlı fikirləri yayımlanmayıb.

Ana səhifəXəbərlərİnzibati həbsi başa çatan futbolçular Ermənistana təhvil verilib