close

İran Silahlı Qüvvələrinin Baş Qərargahı Rəisinin ölüm səbəbi ilə bağlı xəbəri təkzib edir

Helokopterdə həlak olanlar: Hüseyn Əmir-Abdollahian, Mələk Rəhməti, Seyid İbrahim Rəisi, Ayətullah Məhəmməd Əli Ale-Haşem. Foto: Meydan TV

“Fars” agentliyi iddia edir ki, qəzaya səbəb helikopterə əlavə 2 şəxsin götürülməsi olub

İran Silahlı Qüvvələrinin Baş Qərargahı 2024-cü ilin mayında sabiq Prezident İbrahim Rəisinin həlak olduğu helikopter qəzası ilə bağlı yayılan xəbəri təkzib edib.

Qərargah Amerika istehsalı olan “Bell 212” helikopterinin əlavə sərnişin götürdüyü üçün qəzaya uğraması fərziyyəsini rədd edib.

Daha öncə İranın “Fars” xəbər agentliyi yekun təhqiqatdan xəbərdar olduğunu, amma adının çəkilməsini istəməyən təhlükəsizlik orqanındakı mənbəyə istinadla məlumat yazmışdı.

Bildirilirdi ki, helikopterdə təhlükəsizlik protokollarında tələb olunandan daha iki nəfər artıq şəxs olub.
“Pilot dumanı görüb, daha hündürlükdən uçmaq istəyəndə helikopterin gücü çatmayıb. Nəticədə duman səbəbindən dağa çırpılıb”, – agentlik yazıb.

2024-cü il mayın 19-da İranın və Azərbaycanın dövlət başçıları iki dövlətin sərhədində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılışını ediblər.

Tədbirdən sonra həmin gün İrana qayıdan Prezident İbrahim Rəisinin helikopterinin Uzi və Pir Davud kəndləri arasındakı Dizmar meşəsində qəzaya uğradığı bildirilir.

Nəticədə İbrahim Rəisi də daxil olmaqla, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan, Təbrizin imam cüməsi Əli Haşim, Şərqi Azərbaycan valisi Malik Rəhməti və digər şəxslər həlak olublar.

2024-cü ilin iyununda İranın yeni prezidenti keçmiş səhiyyə və tibbi təhsil naziri Məsud Pezeşkian seçilib.

Ana səhifəDünyaİran Silahlı Qüvvələrinin Baş Qərargahı Rəisinin ölüm səbəbi ilə bağlı xəbəri təkzib edir