close

İraq mediasında “homoseksuallıq” və “gender” sözləri qadağan edilib

İraq. Foto: Reuters

“Homoseksuallıq” əvəzində “cinsi sapma” ifadəsi tələbi qoyulub

İraqın Kommunikasiya və Media Komissiyasının ölkədə fəaliyyət göstərən bütün media orqanlarına “homoseksuallıq” və “gender” sözlərindən istifadə etməyi yasaqladığı bildirilir.

“Reuters” yazır ki, tənzimləyici orqan KİV-ə “homoseksuallıq” sözünün əvəzinə “cinsi sapma” sözlərindən istifadə etmək tələbini qoyub.

Yeni qaydanın pozulmasına görə cəza hələ müəyyən edilməyib.

Güman olunur ki, “homoseksuallıq” və “gender” sözlərindən istifadə edənlərə cərimə nəzərdə tutulacaq.

İraqda homoseksuallığa açıq qadağa yoxdur.

Lakin ekspertlər deyirlər ki, Cinayət Məcəlləsində əxlaq normalarını pozan maddələr bəzən LGBT üzvlərini mühakimə etmək üçün istifadə olunur.

Son aylarda bir çox İraq siyasi partiyalarının LGBT hüquqlarını daha çox tənqid etdiyi də bildirilir.

Ana səhifəDünyaİraq mediasında “homoseksuallıq” və “gender” sözləri qadağan edilib