close

İŞİD-in önəmli adamlarından birinin Türkiyədə həbs edildiyi bildirilir

Source: Time

Livan əsilli şəxs Amasyada saxlanılıb

Türkiyə Təhlükəsizlik Baş İdarəsi (EGM) İŞİD-in “mühüm fiqurlarından” olan bir nəfərin Türkiyədə tutulduğunu açıqlayıb.

EGM tərəfindən paylaşılan yazılı açıqlamada qeyd edilir ki, həmin şəxs Amasyada saxlanılıb. Kəşfiyyat Müdirliyinin koordinasiyasında Amasiya Polis İdarəsi bu istiqamətdə iş aparır:

“İyulun 28-də Amasiyada həyata keçirilən əməliyyat nəticəsində DEAŞ terror təşkilatının mühüm simalarından olan Livan əsilli A.A. tutularaq nəzarətə alınıb. Sözügedən şəxslə bağlı məhkəmə prosesi davam etdirilir, araşdırmalar davam edir”.

Ana səhifəDünyaİŞİD-in önəmli adamlarından birinin Türkiyədə həbs edildiyi bildirilir