close

Ötən il ən yüksək qiymət artımı Qaxda müşahidə edilib

Bahalaşma, Denys Kurbatov/Shutterstock

Ölkədə son  10 ilin ən yüksək qiymət artımı ötən il qeydə alınıb

2022-ci ildə Azərbaycanda ortalama qiymət artımı 13.9 faiz olub.

Qiymət artımı dedikdə 2022-ci ildə regionlar üzrə ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətlərinin əvvəlki illə müqayisəsi nəzərdə tutulur.

“Baku Research İnstitute”un məlumatına görə, ən yüksək qiymət artımı olan rayon Qax olub – 28.8 faiz.

Ən az qiymət artımı olan şəhər isə Naxçıvandır. Burada cəmi 7.5 faiz bahalaşma qeydə alınıb.

2022-ci ildəki qiymət artımı son 10 ilin ən yüksək bahalaşmasıdır.

2013-cü ildə 2,4, 2014-cü ildə 1,4, 2015-ci ildə 4, 2016-cı ildə 12.4, 2017-ci ildə 12.9, 2018-ci ildə 2.3, 2019-cu ildə 2.6, 2020-ci ildə 2.8, 2021-ci ildə isə 2.7 faiz bahalaşma olub.

Ötənilki bahalaşma faizi hətta pandemiya dövründəki bahalı daşınma xidmətləri fonundan daha yüksəkdir.

Hazırki vəziyyətə gəlincə, 2023-cü ilin yanvar-iyun aylarında Azərbaycanda inflyasiya göstəricisi ötən ilin eyni dövrü ilə müqayisədə 12.7 faiz artıb. Ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 15.1, qeyri-ərzaq məhsulları üzrə 11.4 faiz artım olub.

Hesablama Palatasının ilkin proqnozlarında 2023-cü ildə orta illik inflyasiyanın 6.9 faiz olacağı nəzərdə tutulub. Amma sonradan bu göstəriciyə düzəlişlər olunaraq 10.4 faiz səviyyəsində dəqiqləşdirilib.

Mərkəzi Bankın proqnozlarında ilin sonuna inflyasiya 8.3 faiz olaraq götürülüb.

Ana səhifəİqtisadiyyatÖtən il ən yüksək qiymət artımı Qaxda müşahidə edilib