close

İsraildə məhkəmə islahatına qarşı etirazlarda hökumət geri addım atdı

Benyamin Netanyahu hökumətinin təklif etdiyi məhkəmə islahatına qarşı kütləvi etirazlar 12 həftədir ki, davam edir. Nümayişlərə artıq yarım milyon insanın qoşulduğu bildirilir. Bu, İsrail tarixində ən böyük etiraz aksiyası sayılır.

Təklif edilən yeni islahatlara görə, parlament çoxluğu faktiki olaraq Ali Məhkəmənin hakimlərinin seçimini müəyyən edə bilər, məhkəmənin özü isə hökumətin qərarlarını ləğv etmək imkanını itirir.

Etirazçılara görə, belə bir islahatın reallaşması məhkəmələrin müstəqilliyini itirməsi deməkdir. Nümayişçilər Netanyahunun istefasını tələb edirlər.

Məhkəmə islahatlarına hökümət üzvlərindən də etirazlar olunub. Netanyahunun Müdafiə Naziri Voav Qalantı istefaya göndərməsindən sonra etirazlar daha da şiddətlənib.

İsrail televiziyasının məlumatına görə, Netanyahu öz hakim koalisiyasının liderlərinə bəyan edib ki, ölkədə kütləvi etirazlara səbəb olmuş məhkəmə islahatını dayandırmaq qərarına gəlib. Lakin baş nazirin qərarı hələ ki, rəsmən elan edilməyib.

İsrail mediası xəbər verir ki, Netanyahunun geri çəkilmək planına qarşı “Yəhudi gücü” və “Dini sionizm” partiyaları etiraz edirlər.

Onlar islahat planının dayandırılacağı təqdirdə koalisiyanı tərk edəcəkləri ilə hədələyiblər.

Ana səhifəVideoİsraildə məhkəmə islahatına qarşı etirazlarda hökumət geri addım atdı