close

İsraildə sığınacağa yerləşdirilən müğənni Bakıya qayıdıb

Foto: Azərtac

O, Təl-Əviv-İstanbul reysi ilə uçduğunu deyib

Müğənni Samirə Əfəndi İsraildən Bakıya qayıdıb.

Müğənni bu barədə “İnstagram” sosial şəbəkəsində məlumat yayıb.

O, hava limanından foto paylaşaraq Təl-Əvivdən İstanbula uçduğunu qeyd edib.

Konsert proqramı ilə Təl-Əvivdə çıxış edən müğənni Samirə Əfəndi oktyabrın 7-də HƏMAS-ın İsrailə raket zərbələri endirməsindən sonra sığınacağa yerləşdirilmişdi.

Ana səhifəMədəniyyətİsraildə sığınacağa yerləşdirilən müğənni Bakıya qayıdıb