close

İsrailin Qəzzada qaçqın düşərgəsinə zərbə endirdiyi bildirilir

Qəzza. Foto: Reuters

Ölən və yaralananların olduğu, onlarla insanın itkin düşdüyü deyilir

İsrail Müdafiə Qüvvələrinin Qəzza zolağının mərkəzində yerləşən “Nuseyrat” qaçqın düşərgəsinə endirdiyi zərbələr nəticəsində azı 20 nəfərin öldüyü, onlarla insanın itkin düşdüyü bildirilir.

Bu barədə “Al Jazeera” telekanalı məlumat yayıb.

Fələstinin “WAFA” xəbər agentliyi öz növbəsində bir neçə yaşayış binasına hücum edildiyini, xarabalıqların altında insanların ola biləcəyini bildirib.

Fələstin anklavının Səhiyyə Nazirliyinin məlumatına görə, İsrailin zərbələri nəticəsində oktyabrın 7-dən bəri həlak olan Qəzza zolağı sakinlərinin sayı 21,3 mini keçib, 55,6 mindən çox insan isə yaralanıb.

“Al Jazeera” telekanalı xəbər verir ki, HƏMAS-ın İsrailə hücumu nəticəsində ölənlərin sayı 1139 nəfərdir.

2023-cü il oktyabrın 7-də HƏMAS İsrailə hücum edib.

Hazırda Qəzza bölgəsində müharibə davam edir.

Ana səhifəDünyaİsrailin Qəzzada qaçqın düşərgəsinə zərbə endirdiyi bildirilir