close

İstanbulda yanğın: 25 nəfərin öldüyü bildirilir

Foto: Hakan Akgun/Anadolu

Əkrəm İmamoğlu hadisə yerinə gedib

Aprelin 2-də İstanbulda gecə klubunda yanğın baş verdiyi bildirilir.

Qeyd olunur ki, Beşiktaş rayonunda 16 mərtəbəli binanın altında yerləşən əyləncə mərkəzinin təmiri zamanı baş verən yanğında 25 nəfər həyatını itirib, onlarla insan yaralanıb.

İstanbul valiliyinin yerli mediaya verdiyi məlumata görə, yanğın saat 12:47-də baş verib.

İstanbul Böyükşəhər Bələdiyyə başqanı Əkrəm İmamoğlu hadisə yerinə gedərək yanğının nəzarət altına alındığını açıqlayıb.

Ə.İmamoğlu bildirib ki, təmir üçün müraciət olmayıb.

Ana səhifəDünyaİstanbulda yanğın: 25 nəfərin öldüyü bildirilir