close

Qırğızıstan prezidenti “xarici agentlər” haqqında qanun imzalayıb

Source: Meydan TV

Prezident Sadır Japarov “xarici agentlər” haqqında qanun imzalayıb, qeyri-hökumət təşkilatlarını təqib etməyəcəyini bildirib

“Siz artıq 30 ildir ki, xarici donorlarla birlikdə çalışırsınız, sizi hansısa məbləğ aldığınız üçün heç kəs təqib etməyib. Bunu indi də etməyəcəyik. Mən dövlət başçısı kimi zəmanət verirəm ki, heç bir təqib olmayacaq. Biz nüvə ölkəsi deyilik. Biz hələ ki kosmosa uçmağa hazırlaşmırıq. Bizim dövlətimizin sizdən və sizin donorlarınızdan gizlədəcəyi heç bir sirri yoxdur. Bizdə bütün məlumatları açıq mənbələrdə tapmaq olar”, – Japarov “Facebook” hesabında yazıb, “Kloop” xəbər verir.

Onun dediyinə görə, yeni qanun ölkəyə yalnız fayda verəcək, çünki hamı “açıq və bərabər şərtlərlə işləyəcək”.

Hazırda Qırğısıtanda xaricdən maliyyələşən və “siyasi fəaliyyət”lə məşğul olan qeyri-kommersiya təşkilatları “xarici nümayəndələr” (Rusiyadakı “xarici agent” termininin analoqu) hesab olunur. Bu cür QHT-lər əlavə hesabat təqdim etməlidir və plandan kənar yoxlamalara məruz qala bilər. Onlar həmçinin xüsusi reyestrə daxil ediliblər. Bu təşkilatlar istehsal etdikləri və (və ya) yaydıqları materialları onların xarici nümayəndə funksiyasını icra edən qeyri-kommersiya təşkilatları tərəfindən istehsal olunduğu, yayıldığı və (və ya) istiqamətləndirildiyi barədə bildirişlə müşayiət etməlidirlər.

Yerli və beynəlxalq hüquq-müdafiə təşkilatları dəfələrlə bəyan ediblər ki, bu qanunun normaları vətəndaş cəmiyyəti təşkilatlarının fəaliyyətini xeyli məhdudlaşdıracaq və açıq-aşkar repressiv xarakter daşıyır.

Ana səhifəDünyaQırğızıstan prezidenti “xarici agentlər” haqqında qanun imzalayıb