close

Jurnalist Səbuhi Məmmədli vəfat edib

Ona kəskin tənəffüs çatışmazlığı diaqnozu qoyulub

Jurnalist Səbuhi Məmmədlinin müalicə aldığı Yeni Klinikada vəfat etdiyi bildirilir. Bu barədə məlumatı APA-ya onun oğlu Ramal Məmmədli təsdiqləyib. Ona kəskin tənəffüs çatışmazlığı diaqnozu qoyulub.

Jurnalist şəkərli diabet, ürək çatışmazlığı, ağciyərin aşağı payında pnevmoniya xəstəliklərindən əziyyət çəkirdi. Onun hər iki ayağı amputasiya edilmişdi.

Səbuhi Məmmədli Ucar rayonu, Müsüslü kənd qəbiristanlığında dəfn ediləcək.

Ana səhifəTövsiyəJurnalist Səbuhi Məmmədli vəfat edib