close

Sumqayıtda ailənin 5 üzvü dəm qazından zəhərlənib, biri ölüb

Dəm qazı. Mənbə: “saglamolun.az”

Xəstəxanaya yerləşdirilən 4 nəfərdən ikisi uşaqdır

Sumqayıt şəhərinin “BTZ” bağları adlanan yaşayış massivində bir ailənin 5 üzvü dəm qazından zəhərlənib. Nəticədə 1 nəfər ölüb, digərləri isə Sumqayıtdakı müxtəlif xəstəxanalara yerləşdirilib.

Xəstəxanaya yerləşdirilən 4 nəfərdən ikisi uşaqdır. Onlardan birinin 4, digərinin isə 2 yaşı var. Azyaşlı qızlar Uşaq Xəstəxanasına yerləşdirilib. Həkimlər onların durumunu orta ağır qiymətləndirir.

Dəm qazından zəhərlənən digər iki nəfər isə Sumqayıtdakı Təcili Tibbi Yardım xəstəxanasındadır. Onların vəziyyətinin ağır olduğu bildirilir.

Baş Prokurorluğun Mətbuat xidmətindən Meydan TV-yə bildirilib ki, bir ailənin 5 üzvünün dəm qazından zəhərlənməsi barədə daxil olmuş məlumat əsasında Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.

Ana səhifəBölgəSumqayıtda ailənin 5 üzvü dəm qazından zəhərlənib, biri ölüb