close

Konfrans Liqasının qalibi məlum olub

Fotolar: UEFA

“Olimpiakos” final matçında “Fiorentina”nı məğlub edib

Mayın 29-da UEFA Konfrans Liqasının final oyunu keçirilib.

Final matçında Yunanıstanın “Olimpiakos” və İtaliyanın “Fiorentina” komandaları qarşılaşıb.

Afinadakı “AEK Arena”da keçirilən oyun saat 23:00-da start götürüb.

Matçın əsas vaxtında – 90 dəqiqə ərzində qapılara qol vurulmayıb. Belədə əlavə vaxt oynanılıb. Yunanıstan komandası 116-cı dəqiqədə hesabı açaraq, oyunun nəticəsini də müəyyənləşdirib – 1:0. Görüşdə vurulan yeganə qol “Olimpiakos”un Konfrans Liqasının qalibi adını qazanması üçün yetərli olub.

Ana səhifəİdmanKonfrans Liqasının qalibi məlum olub