close

Dünyada ölüm hökmlərinin və edamların sayı artıb

“Amnesty International”. Foto: Derick P. Hudson/shutterstock

Ən yüksək göstərici qonşu İrandadır

2023-cü ildə dünyada edamların sayı son on ilin ən yüksək həddinə çatıb.

Bu barədə “Amnesty International” beynəlxalq insan haqları təşkilatının “Ölüm cəzası 2023” hesabatında deyilir.

Hesabatda qeyd olunur ki, Saharaaltı Afrikada edamlar üç dəfədən çox artıb. İranda da 2015-ci ildən bu yana ən yüksək edam sayı qeydə alınıb.

Yaxın Şərqdə və Somalidə də edam sayı artaraq, son on ilin ən yüksək həddinə çatıb.

Hesabatda bildirilir ki, ötən il ərzində 1153 edam icra olunub. Rəqəmə Çində həyata keçirildiyi güman edilən minlərlə edam daxil deyil. Bununla belə, göstərici 2022-ci illə müqayisədə 30 faiz çoxdur.

İndiyədək 2015-ci il edam sayına görə rekord qırmışdı. Həmin il 2428 edam hökmü icra olunmuşdu.

2023-cü ilin rəqəmləri Beynəlxalq Amnistiya Təşkilatının 2015-ci ildən bəri qeydə aldığı ən yüksək göstəricidir.

Məsələn, Saharaaltı Afrikada 2023-cü ildə 38 nəfər edam edilib. Bu, 2022-ci ildə 11 nəfər olub, yəni ötən il üç dəfədən çox artıb.

2023-cü ildə ən çox edam edən beş ölkə Çin, İran, Səudiyyə Ərəbistanı, Somali və ABŞ olub. Çin istisna olmaqla, bütün qeydə alınan edamların 74 faizi İranın, 15 faizi isə Səudiyyə Ərəbistanının payına düşüb.

2023-cü ildə İranda 853 edam hökmü icra olunub. Hökmlərin əksəriyyəti narkotiklərlə bağlı cinayətlərə görə çıxarılıb.

ABŞ-da isə ötən il 24 edam cəzası icra olunub. 2022-ci ildə bu rəqəm 18 idi.

2023-cü ildə dünyanın 16 ölkəsində 2428 ölüm hökmü çıxarılıb. Bu, 20 faiz artım deməkdir.

Ana səhifəDünyaDünyada ölüm hökmlərinin və edamların sayı artıb