close

Kreml: İlham Əliyev həlak olan sülhməramlıların ailələrinə maddi yardım göstərəcəyini deyib

Foto: shutterstock/Viacheslav Lopatin

Rusiya mətbuatı Azərbaycanda korpus komandirinin işdən çıxarıldığını, hərbçilərin həbs olunduğunu yazır

Rusiya sülhməramlılarının ölümündə təqsirli bilinən hərbçilərin rəhbəri, Azərbaycan Silahlı Qüvvələrinin korpus komandirinin vəzifəsindən uzaqlaşdırıldığı bildirilir.

“Kommersant” Rusiya hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən bildirir.

Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı sentyabrın 20-də Rusiya sülhməramlılarının Qarabağda həlak olması ilə bağlı üzr istəyib və dərin hüznlə başsağlığı verib.

Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

“Azərbaycan tərəfinin təşəbbüsü ilə Rusiya Prezidenti Vladimir Putinlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev arasında telefon danışığı olub”, – məlumatda deyilir.

Qeyd olunur ki, söhbət zamanı “Əliyev sentyabrın 20-də Qarabağda Rusiya sülhməramlı kontingentinin hərbi qulluqçularının faciəli şəkildə həlak olması ilə bağlı üzr istəyib və dərin hüznlə başsağlığı verib. Təqsirkarlar layiqli cəzalarını alacaqlar”, – deyə məlumatda bildirilir.

Bildirilir ki, insidentlə bağlı iki ölkənin baş prokurorluqları sıx əlaqədədir.

“Azərbaycan Prezidenti də həlak olanların ailələrinə maddi yardım göstərməyə hazır olduğunu bildirib”, – Rusiya dövlət başçısının mətbuat xidməti bildirib.

“Prezident İlham Əliyev sentyabrın 20-də Qarabağda Rusiya sülhməramlı kontingentinin hərbi qulluqçularının faciəli şəkildə həlak olması ilə bağlı üzrxahlıq ifadə edib və dərin hüznlə başsağlığı verib”.

Məlumatı Azərbaycan Prezidentinin mətbuat xidməti yayıb.

“Baş verənlərlə bağlı hərtərəfli araşdırma aparılacağı və bütün təqsirkarların layiqli cəzalarını alacağı vurğulanıb. Bununla bağlı hər iki ölkənin baş prokurorluqları sıx əlaqədədir. Azərbaycan Prezidenti, həmçinin həlak olanların ailələrinə maddi yardım göstərilməsinə hazır olduğunu bildirib”, – məlumatda belə deyilir.

Ana səhifəSiyasətKreml: İlham Əliyev həlak olan sülhməramlıların ailələrinə maddi yardım göstərəcəyini deyib