close

Laçın ərazisində mal-qara otaran şəxs minaya düşüb

Mənbə: Trend.az

22 yaşlı gənc ayağından xəsarət alıb

Laçın rayonu Sus kəndi ərazisində mal-qara otaran çoban piyada əleyhinə minaya düşüb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat yayıb.

Minaya düşən 2001-ci il təvəllüdlü Ramil Əzizovdur. Onun ayağından xəsarət aldığı bildirilir.

“Ramil Əzizov ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən xəstəxanaya çatdırılıb. Araşdırma aparılır”, – DİN-in mətbuat xidmətindən bildirilib.

Ana səhifəBölgəLaçın ərazisində mal-qara otaran şəxs minaya düşüb