close

Leninin mavzoleyinə “molotov kokteyli” atmağa cəhd edilib

Foto: Wikipedia

Hadisəni 37 yaşlı şəxsin törətdiyi deyilir

İyulun 17-də axşam saatlarında Moskvada Qızıl Meydandakı Leninin mavzoleyinə “molotov kokteyli” atıldığı bildirilir.

Hadisəni törədən şəxsin saxlanıldığı deyilir.

Bu barədə “Baza” “Telegram” kanalı məlumat yayıb.

Bildirilib ki, saxlanılan şəxs Çitadan olan 37 yaşlı Konstantin Staçukovdur.

Onun barəsində “polisin qanuni əmrinə tabe olmama” protokol tərtib edilib. Qeyd olunur ki, yanğın törədən Konstantin Staçukovun motivləri barədə hələlik məlumat yoxdur.

Mavzoleye ziyan dəyməyib, çünki “molotov kokteyli” səkiyə düşüb.

1924-cü ilin yanvarın 21-də bolşevik rəhbəri Vladimir İliç Leninin vəfatından sonra onun adının əbədiləşdirilməsi haqda Qızıl Meydanda xüsusi mavzoleyin tikilməsi və Leninin açıq qəbri onun adını daşıyacaq mavzoleydə saxlanılması haqda qərar qəbul edilib.

İlk illər ağacdan tikilmiş mavzoleydə temperaturu, rütubəti normal saxlamaq çətinlik yaratdığına görə, 1929-cu ildə mavzoley daşdan inşa olunub.

Mavzoleydə fəxri qaravulun yaradılması ilə bağlı Moskva Hərbi Qarnizonunun rəisi 26 yanvar 1924-cü ildə xüsusi əmr imzalayıb.1993-cü ildə Moskva Baş Mühafizə İdarəsinin rəisinin əmri ilə mavzoleydəki qaravul xidməti ləğv olunub.

V.İ.Leninin mavzoleyinə ilk hücumu 1934-cü ildə Nikitin Mitrofon adlı şəxs edib. O, Leninin cəsədinə atəş açmağa cəhd göstərib, ancaq mühafizəçilər onun qarşısını ala biliblər. Buna baxmayaraq Nikitin Mitrofon özünü öldürüb. 1959-cu ildə mavzoleyə ziyarətə gələnlərdən biri çəkiclə qəbrin üstündəki şüşə lövhəni sındırsa da, cəsəd zədələnməyib. 1960-cı ildə Minibaeyev soyadlı şəxs ayaq zərbəsi ilə qəbrin üzərindəki şüşəni sındırıb, nəticədə Leninin cəsədini zədələyib. 1967-ci ilin sentyabrında Kaunas sakini Krısnov mavzoleyin girişində əldə düzəldilmiş partlayıcını partladıb. Nəticədə özü və ziyarətə gələnlərdən iki nəfər ölüb.

Bütün bunlardan sonra 1973-cü ildə cəsədin yerləşdirildiyi qəbrin üstü güllə keçirməyən şüşə ilə bağlanıb.

Ana səhifəDünyaLeninin mavzoleyinə “molotov kokteyli” atmağa cəhd edilib