close

Müdafiə Nazirliyi aşkarlanmış mina və döyüş sursatları ilə bağlı məlumat yaydı

Minaaxtaran. Foto: MN

“Cari ilin iyul ayı ərzində 70 km-dən artıq mövcud təminat yolları təkmilləşdirilərək bərpa edilib”

İyulda Azərbaycanın işğaldan azad edilmiş rayonlarında 610 hektaradək ərazinin minalardan tam təmizləndiyi bildirilir.

Müdafiə Nazirliyinin iyulun 18-də yaydığı məlumatda qeyd olunub ki, bu günə kimi mühəndis-istehkam bölmələri tərəfindən 32285 hektar ərazi mina və partlamamış döyüş sursatlarından təmizlənib.

Nazirlik ümumilikdə 10207 ədəd piyada əleyhinə, 2580 ədəd tank əleyhinə mina və 10447 ədəd partlamamış döyüş sursatın aşkarlanaraq məhv edildiyini əlavə edib.

Bundan başqa, mürəkkəb relyefli, o cümlədən çətin keçilən qayalıq ərazilərdə avtomobil və döyüş texnikası kolonlarının təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə digər dövlət qurumları ilə qarşılıqlı fəaliyyət nəticəsində yeni təminat yolları çəkilib. Cari ilin iyul ayı ərzində 70 km-dən artıq mövcud təminat yolları təkmilləşdirilərək bərpa edilib”,-deyə MN qeyd edib.

Azərbaycan Prokurorluğunun məlumatına görə, 2020-ci il noyabrın 10-da döyüş əməliyyatlarının dayandırılması haqda tərəflər arasında razılaşma imzalanandan bu yana Azərbaycan tərəfdən ümumilikdə 298 nəfər mina partlayışının qurbanı olub. Onlardan 54 nəfər həlak olub, 244 nəfər isə yaralanıb.

Azərbaycan Prezidenti İlham Əliyev 2022-ciilin oktyabrında Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısının plenar iclasında bildirmişdi ki, ərazilərin minalardan təmizlənməsi məsələsini həll etmək üçün təxminən 30 il və 25 milyard ABŞ dolları lazımdır.

Ana səhifəSiyasətMüdafiə Nazirliyi aşkarlanmış mina və döyüş sursatları ilə bağlı məlumat yaydı