close

Lukaşenko Rusiyadan taktiki nüvə bombaları aldığını açıqladı

Aleksandr Lukaşenko. Foto: MeydanTV

“Bu silahlar ABŞ-ın Xirosima və Naqasakiyə atdığı atom bombalarından üç dəfə güclüdür”

Belarus Prezidenti Aleksandr Lukaşenko ölkəsinin Rusiyadan olan taktiki nüvə silahlarını tədarük etməyə başladığını açıqlayıb.

O, alınacaq silahların bəzilərinin ABŞ-ın 1945-ci ildə Xirosima və Naqasakiyə atdığı atom bombalarından üç dəfə güclü olduğunu söyləyib:

“Bizim Rusiyadan aldığımız raketlər və bombalar var”.

Rusiya Prezidenti Vladimir Putin iyunun 14-də bildirib ki, taktiki nüvə silahlarına nəzarəti özündə saxlayacaq.

Belarusda Rusiyadan alınan silahları saxlamaq üçün xüsusi anbarlar hazır olduqdan sonra onları həmin ölkədə yerləşdirməyə başlayacaq.

Rusiya lideri martda ABŞ-ın onilliklər ərzində bir çox Avropa ölkələrində bu cür silahlar yerləşdirməsinə işarə edərək, Belarusda taktiki nüvə silahı yerləşdirməyə razı olduğunu açıqlayıb.

Birləşmiş Ştatlar Putinin qərarını tənqid edib, lakin strateji nüvə silahları ilə bağlı öz mövqeyini dəyişmək niyyətində olmadığını və Rusiyanın nüvə silahından istifadə etməyə hazırlaşdığına dair heç bir əlamət görmədiyini bildirib.

Putinin müttəfiqi olan Belarus Prezidenti Aleksandr Lukaşenko həmçinin bildirib ki, onun ölkəsində Sovet dövründənqalma çoxsaylı nüvə anbarları var və onlardan beş-altısını bərpa edib.

Çərşənbə axşamı o, ayrı-ayrılıqda Rusiyanın taktiki nüvə silahlarının “bir neçə gündən sonra” Belarus ərazisində fiziki olaraq yerləşdiriləcəyini və ehtiyac olarsa, daha uzun mənzilli raketləri də yerləşdirmək üçün imkanlara malik olduğunu demişdi.

Ana səhifəDünyaLukaşenko Rusiyadan taktiki nüvə bombaları aldığını açıqladı