close

Macarıstan parlamenti İsveçin NATO-ya üzvlüyünü rəsmiləşdirir

Foto: arxiv

Skandinaviya ölkəsinin tarixi addımı qarşısındakı son maneə aradan qaldırılıb

Macarıstan parlamentinin spikeri Şandor Lezsak İsveçin NATO-ya üzvlüyü ilə bağlı ratifikasiyanı imzalayıb. Qanun elan edilməsi üçün Prezidentin ofisinə göndərilib.

Qanunvericilər İsveçin NATO-ya daxil olmasını fevralın 26-da təsdiqləyərək, iki dünya müharibəsi və soyuq müharibə dövründə neytrallığını qoruyub saxlayan Skandinaviya ölkəsinin tarixi addımı qarşısındakı son maneəni aradan qaldırıb.

“Reuters” yazır ki, Macarıstanda keçirilən səsvermə, İsveçin təhlükəsizlik siyasətinin dəyişməsini başa çatdırmaq üçün aylarla davam edən gecikmələrə son qoyur və İsveçin Baş naziri Ulf Kristerssonun iki ölkə arasında silah sazişi imzaladığı səfərindən sonra keçirilir.

Macarıstanın Baş naziri Viktor Orban hökuməti NATO müttəfiqlərinin sıraya düşmək və İsveçin alyansa qoşulmasını möhürləmək üçün təzyiqlərlə üzləşib. Macarıstan Prezidentinin indi qanunu dərc etmək üçün beş günə qədər vaxtı var. Stokholm Rusiyanın 2022-ci ildə Ukraynaya hərbi müdaxiləsindən sonra Şimali Atlantika Müqaviləsi Təşkilatı daxilində daha çox təhlükəsizlik üçün qoşulmama siyasətindən imtina etdi.

Ana səhifəDünyaMacarıstan parlamenti İsveçin NATO-ya üzvlüyünü rəsmiləşdirir