close

Mədəniyyət nazirinin iki müavini işdən çıxarıldı, yeni müavin təyin olundu

Foto: Mədəniyyət Nazirliyi

Səadət Yusifova nazir müavini təyin edilib

Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev və mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva tutduqları vəzifədən azad ediliblər.

Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

İlham Əliyevin digər sərəncamı ilə Səadət Yusifova mədəniyyət nazirinin müavini təyin edilib.

Mənbə: Trend

Səadət Yusifova 1998-ci ildə “Hər gün” qəzetində jurnalist kimi fəaliyyət göstərib.

Hüquq üzrə fəlsəfə doktorudur.

Bu təyinata qədər o, Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini vəzifəsində işləyirdi.

Vəzifədən çıxarılan Sevda Məmmədəliyevaya gəlincə, o, 1999-cu ildən mədəniyyət nazirinin müavini, Vaqif Əliyev isə 2011-ci ildən mədəniyyət və turizm nazirinin birinci müavini, 2018-ci il tarixli sərəncamı ilə isə mədəniyyət nazirinin birinci müavini vəzifəsinə təyin olunmuşdu.

2022-ci il dekabrın 22-də Prezident İlham Əliyev mədəniyyət naziri Anar Kərimovu vəzifəsindən azad edib.

Mədəniyyət nazir vəzifəsinin müvəqqəti icrasını Adil Kərimliyə həvalə edib.

Adil Kərimli ötən gün – fevralın 28-də Milli Məclisin Mədəniyyət komitəsi ilə Əqli Mülkiyyət Agentliyinin təşkil etdiyi birgə ictimai dinləmələr zamanı demişdi ki, Mədəniyyət Nazirliyində kadrlarla bağlı problemlər mövcuddur.

Ana səhifəXəbərlərMədəniyyət nazirinin iki müavini işdən çıxarıldı, yeni müavin təyin olundu