close

Məktəb ləvazimatlarının qiymətlərində artım müşahidə edilir

Yeni tədris ili qapıya çatanda valideynlər və ticarətçilər üçün də alış-veriş sezonu başlayır. Siyahılar beləcə uzanıb gedir. Valideynlər isə qiymətlərin həm cib, həm ürək yandırmasından danışır.

Məktəbli ehtiyaclarının birini alanda, digərini təxirə salmalı olurlar. Elə İqtisadi və Sosial İnkişaf Mərkəzinin məlumatına görə də, ötən illə müqayisədə məktəb ləvazimatlarının qiymətləri 10 faiz artıb. Artıma əsas səbəbi kimi xaricdən gətirilən məhsulların bahalaşması göstərilir. Lakin Azərbaycanda valideynlərə xarici ölkələrdən fərqli olaraq uşağı məktəbə göndərmək üçün heç bir sosial yardım nəzərdə tutulmayıb. Bu il Bakı metrostansiyaları qarşısında yarmarkalar təşkil olunmayıb. Ətrafdakı satıcılar yarmarkanın qadağan olunmasından danışır. Lakin heç bu da onların alverinə müsbət təsir göstərməyib.

Valideynlərin deməsindən aydın olur ki, təkcə bir şagirdin məktəbə hazırlanması üçün azı 200 manat xərcləmək lazımdır. Bu rəqəm, bəzilərinin büdcəsini aşsa da, məktəbə uşaq yollayan valideynin bu xərclərdən qaçışı yoxdur.

Ana səhifəVideoMəktəb ləvazimatlarının qiymətlərində artım müşahidə edilir