close

Xırdalanda valideynlər Təhsil İdarəsinin qarşısında etiraz ediblər

Xırdalan şəhəri 2 saylı orta məktəbin 3-cü sinif şagirdlərinin valideynləri yeni dərs ili başlanmamış üzləşdikləri problemlərlə bağlı Abşeron-Xızı Regional Təhsil İdarəsinin qarşısında etiraz ediblər. Onların sözlərinə görə, 2 saylı məktəbin binası istifadəyə yararsız vəziyyətdə olduğu üçün 3-cü sinif (rus bölməsi) şagirdləri artıq ikinci ildir ki, yaşadıqları ərazidən uzaqda olan 3 saylı məktəbə getməli olurlar.

Valideyn Vəfa Abdullayevə deyir ki, 3 saylı məktəb yaşadıqları ərazidən uzaqda yerləşdiyi üçün övladının əlavə məşğələlərə apara bilmir. Başqa bir valideyn – Ülkər Nurullayeva bildirir ki, 3 saylı məktəbdə də sıxlıq olduğu üçün övladlarını üçüncü növbəyə yazıblar. Şikayətçi Çinar Əlizadənin sözlərinə görə, ötən il söz verilmişdi ki, bu dərs ilinə qədər 2 saylı məktəbin hazırki korpusu təmir ediləcək və hətta yeni korpus tikiləcək. Amma bu vədlərin heç birini məktəb rəhbərliyi yerinə yetirməyib.

Valideynlər məsələ ilə bağlı Abşeron-Xızı Regional Təhsil İdarəsinin nümayəndəsi Pərviz Əhmədovla görüşüblər. Pərviz Əhmədov jurnalistlərin suallarına cavab verməsə də, valideynlərə bildirib ki, məktəb direktorları ilə məsələyə aydınlıq gətirəcəklər. Meydan TV-nin Təhsil Nazirliyinə ünvanladığı sorğu da cavabsız qalıb.

Ana səhifəVideoXırdalanda valideynlər Təhsil İdarəsinin qarşısında etiraz ediblər