close

Mərakeşdə zəlzələ olub, azı 632 nəfərin öldüyü bildirilir

Mənbə:Reuters

Qurbanların çoxunun ucqar bölgələrdə olduğu güman edilir

Mərakeşin mərkəzi hissəsində 6,8 bal gücündə zəlzələ baş verib.  Ölkənin Daxili İşlər Nazirliyinin məlumatına görə, ən azı 632 nəfər ölüb. Nazirlik bildirib ki, Mərakeşdə və cənubdakı bir neçə bölgədə ölənlər var.

BBC ABŞ Geoloji Xidmətinə istinadən yazır ki, yeraltı təkanların episentri Mərakeşdən 71 km (44 mil) cənub-qərbdə, Yüksək Atlas dağlarında, ocağı isə 18,5 km dərinlikdə yerləşib.

Zəlzələ cümə günü yerli vaxtla saat 23:11-də (GMT 22:11) baş verib. 19 dəqiqə sonra 4,9 bal gücündə zəlzələ olub.

Qurbanların çoxunun ucqar bölgələrdə olduğu güman edilir.

Daxili İşlər Nazirliyi, zəlzələ nəticəsində Əl-Hauz, Mərakeş, Uarzazat, Azilal, Çichaoua və Tarudant əyalətləri və bələdiyyələrində insanların öldüyünü və ən azı 329 nəfərin yaralandığını bildirib.

Mərakeş hökuməti şiddətli zəlzələlər zamanı evlərinə qayıtmamaq barədə xəbərdarlıq etdiyi üçün bir çox insan gecəni açıq havada keçirib.

BBC yazır ki, Mərakeşdəki xəstəxanalara yaralıların axını müşahidə olunub və səlahiyyətlilər sakinləri qan verməyə çağırıb.

Şəhərdəki evlərinin dağıntıları altında qalan ailələr və YUNESKO-nun Dünya İrsi Saytı olan Mədinənin bəzi hissələrinə ziyan dəydiyi barədə də xəbərlər var.

Ana səhifəXəbərlərMərakeşdə zəlzələ olub, azı 632 nəfərin öldüyü bildirilir