close

“Mərmər soyuğu” filmi “Cottbus Beynəlxalq Film Festivalı”nda

Foto: FilmFestival Cottbus/Fotoatelier

Film festivalın əsas müsabiqə bölməsində 12 ekran əsəri ilə yarışacaq

“Mərmər soyuğu” tammetrajlı bədii filmi noyabrın 7-dən 12-dək Almaniyanın Kottbus şəhərində keçiriləcək 33-cü “Cottbus Beynəlxalq Film Festivalı”nda (Cottbus Film Festival) iştirak edəcək.

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasından Meydan TV-yə bildirilib ki, “Mərmər soyuğu” festivalın əsas müsabiqə bölməsində 12 ekran əsəri ilə yarışacaq.

Uğursuz rəssam və sevgilisinin qarışıq münasibətlərindən bəhs edən filmdə həbsdən evə qayıdan ata oğlunun həyatına müdaxilə etməyə çalışır.

Baş rollara Elşən Əsgərov, Natavan Abbaslı və Xalq artisti Qurban İsmayılov çəkilib.

Filmin dünya premyerası 2022-ci ilin noyabrında PÖFF Tallin Qara Gecələr Film Festivalında olub.

Film Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Azərbaycanfilm” kinostudiyası, İctimai Televiziya, Bakı Media Mərkəzi və Fransanın “Arizona Films” şirkətlərinin birgə istehsalıdır.

“Cottbus” Berlin divarının dağıdılmasından sonra Şərqi Almaniyada əsası qoyulan festivallardan biridir.

Festival hazırda Şərqi və Qərbi Avropanın kino sənayesi arasında ən mühüm kəsişmə nöqtələrindən biri hesab edilir.

Ana səhifəMədəniyyət“Mərmər soyuğu” filmi “Cottbus Beynəlxalq Film Festivalı”nda