close

Məzar daşlarını sındırmaqda şübhəli bilinən şəxs saxlanılıb

Həbs. Foto: Meydan TV

Seymur Daxilov pulunu ödəmədiklərinə görə bu addımı atdığını deyib

Balaxanı qəbiristanlığında məzarlar dağıdılıb. Bununla əlaqədar Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 245-ci (qəbir üzərində təhqiredici hərəkət) maddəsilə cinayət işi başlanıb. Bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb.

Məlumatda bildirilir ki, baş verənlərə görə 1989-cu il təvəllüdlü Seymur Daxilov saxlanılıb. O, qəbiristanlıqda təmir işlərilə məşğul olurdu.

Məlumata görə, Seymur Daxilov istintaqa ilkin ifadəsində deyib ki, təmir işləri görsə də, pulunu ödəməyiblər. Bundan əsəbiləşərək, qəbiristanlıqdakı bəzi məzar daşlarını sındırıb.

Cinayət Məcəlləsinin 245-ci maddəsində iki ilədək islah işləri və ya beş ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Ana səhifəSosialMəzar daşlarını sındırmaqda şübhəli bilinən şəxs saxlanılıb