close

Naxçıvanda mina partlayışı: bir nəfərin vəziyyəti ağırdır

Mənbə: Youtube screen

Hadisə yerinin minalardan təmizlənməmiş ərazi olduğu bildirilir

Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda mina partlayışı olub. Hadisə avqustun 11-də rayonun Ermənistanla təmas xətti olmuş “Qanlıgöl” yaylağı adlanan ərazisində baş verib. Baş Prokurorluğun bu barədə yaydığı məlumatda bildirilir ki, hadisə yeri minalardan təmizlənməmiş ərazi olub.

Mina partlayışı nəticəsində Şərur rayon sakini, 2005-ci il təvəllüdlü Bəxtiyar Sultanov xəsarət alıb. O, xəstəxanaya çatdırılıb. Prokurorluğun məlumatına görə, hazırda vəziyyəti ağırdır.

Şahbuz Rayon Prokurorluğunun əməkdaşları hadisə yerində müayinə aparıb. Araşdırma prosesində prokuror-kriminalist və Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri də iştirak edib.

Faktla bağlı Şahbuz Rayon Prokurorluğunda araşdırma aparılır.

Ana səhifəUncategorized @azNaxçıvanda mina partlayışı: bir nəfərin vəziyyəti ağırdır