close

“Neftçi” yeni baş məşqçinin adını açıqlayıb

Foto: “Neftçi”nin sosial media hesabı

Adrian Mutu Bakı klubu iki illik müqavilə bağlayıb

“Neftçi” klubu yeni baş məşqçi ilə müqavilə bağlayıb.

Bakı klubu rumıniyalı mütəxəssis Adrian Mutu ilə iki illik müqavilə imzalayıb. Bu barədə “Neftçi” rəsmi saytı vasitəsi ilə məlumat yayıb.

Ötən mövsüm “Neftçi”nin baş məşqçisi digər rumıniyalı mütəxəssis Laurentsiu Regekampf olub. Klub uğursuz nəticələrə görə iyunun 21-də onunla yollarını ayırıb.

Adrian Mutu. Foto: “Neftçi”nin rəsmi saytı

Adrian Mutu 1979-cu il yanvarın 8-də anadan olub. O, futbolçu karyerası ərzində Rumıniya milli komandasında, İtaliyada “İnter”, “Verona”, “Parma”, “Yuventus”, “Fiorentina”, “Çezena”, İngiltərədə “Çelsi”, Fransada “Ayaçço” və Hindistanda “Puna Siti” kimi klublarda çıxış edib.

Mutu “Voluntari” (Rumıniya, 2018), “Əl Vəhdə” U-21 (Birləşmiş Ərəb Əmirlikləri, 2018-2019), Rumıniya U-21 milli komandası (2020-2021), “Universitatya Krayova” (Rumıniya,2021) və “Rapid”in (Buxarest, Rumıniya, 2022-2023) baş məşqçisi olub.

Ana səhifəİdman“Neftçi” yeni baş məşqçinin adını açıqlayıb