close

Vilayət Eyvazov mətbuat xidmətinə müvəqqəti rəis təyin etdi

Foto: Elşad Hacıyevin şəxsi arxivindən götürülüb

Ehsan Zahidovun vəzifəsi Elşad Hacıyevə tapşırıldı

Elşad Hacıyev Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə müvəqqəti rəis təyin olunub.

Bu barədə iyulun 11-də daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

İyulun 10-da Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəisi polis polkovniki Ehsan Zahidov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Elşad Hacıyev 2011-ci ildən daxili işlər orqanlarında çalışır.

O, 2019-cu ilin noyabrından nazirliyin mətbuat xidmətində şöbə müdiri vəzifəsini daşıyırdı.

Ana səhifəXəbərlərVilayət Eyvazov mətbuat xidmətinə müvəqqəti rəis təyin etdi