close

Nəsiman Yaqublu yol qəzasında həlak olub

Nəsiman Yaqublu. Foto: Müsavat Partiyası

Deputatlığa namizəd seçicilərlə görüşdən qayıdırmış

Müsavat Partiyasının 125 saylı Zəngilan-Qubadlı Seçki Dairəsindən deputatlığa namizədi, tarixçi alim Nəsiman Yaqublu Cəbrayıl rayonu ərazisində qəzaya düşüb.

O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupu xəbəri Meydan TV-yə təsdiqləyib.

Qurumdan bildirilib ki, bu gün, avqustun 25-də saat 19 radələrində Cəbrayıl rayonu ərazisində sürücü Nəsiman Yaqublu “Nissan” markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirib, nəticədə maşın yol kənarına aşırıb.

Nəsiman Yaqublu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıb. Lakin tibbi müdaxilələrə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə, deputatlığa namizəd Nəsiman Yaqublu Zəngilandan seçicilərlə görüşdən qayıdırmış.

Ana səhifəXəbərlərNəsiman Yaqublu yol qəzasında həlak olub