close

Nikol Paşinyan: “Dağlıq Qarabağda yaranmış humanitar böhranı siyasiləşdirməməliyik”

Nikol Paşinyan. Foto: Meydan TV

“Vəziyyət elədir ki, Samvel Şahramanyanı təbrik etmək üçün xüsusi bir şey yoxdur”

Ermənistanın Baş naziri Nikol Paşinyan Arayik Arutyunyanın istefasından təəssüflənir.

Bu barədə sentyabrın 11-də Baş nazir Ermənistanın İctimai Televiziyasına müsahibəsində danışıb.

Nikol Paşinyan əmin edib ki, onlar arasında çox yaxşı iş atmosferi və qarşılıqlı anlaşma var.

Samvel Şahramanyanı təbrik etməməsi sualına Baş nazir belə cavab verib:

“Dağlıq Qarabağın yeni seçilmiş prezidenti Samvel Şahramanyana gəlincə, vəziyyət elədir ki, təbrik etmək üçün xüsusi bir şey yoxdur və onun üzərinə çox böyük məsuliyyət düşür”.

“Bu gün biz beynəlxalq birliyin məntiqinə öz mövqelərimizlə və yanaşmalarımızla qarşı çıxmaqdansa, konsolidasiya məntiqini rəhbər tutmalıyıq və Dağlıq Qarabağda yaranmış humanitar böhranı siyasiləşdirməməliyik. Çünki səylərimizin əsas məqsədi humanitar böhranın aradan qaldırılmasıdır. Dağlıq Qarabağda böhran var və biz imkan verməməliyik ki, həddindən artıq siyasiləşmə yolu ilə məsələnin humanitar mahiyyəti siyasi müstəviyə çevrilsin. Bizim yanaşmalarımız da bu məntiqə əsaslanır”, – deyə Paşinyan əlavə edib.

Paşinyan qeyd edib ki, Ermənistan “Artsax” hakimiyyəti ilə əlaqə saxlamaqda davam edir:

Düşünürəm ki, vəziyyəti başa düşmək üçün ilk mənbələrdən məlumat almaq vacibdir”.

Yerevan Ağsaqqallar Şurasına seçkilər haqda suala cavabında Baş nazir bildirib ki, Ermənistanda qeyri-sabitlik və ya böhran yaranacağına ümid edənlər var:

“Təəssüf ki, bu, seçkilərdə iştirak edən bir sıra qüvvələrin vurğu və məqsədlərində də özünü göstərir”.

Nikol Paşinyan sərhəddə vəziyyətin gərgin olmasının səbəbini Azərbaycanla əlaqələndirib:

Çünki Azərbaycan Ermənistan-Azərbaycan dövlət sərhədində, eləcə də Dağlıq Qarabağ ətrafında qoşun toplayır”.

O, sərhəddəki vəziyyətlə bağlı ilk telefon zəngini Rusiya Prezidenti Vladimir Putinə etdiyini vurğulayıb:

Putinlə 2022-ci ilin dekabrından bəri azı 10 dəfə danışmışam. Nəticəsi olmayıb. Ona görə də son gərginliklə bağlı digər ölkə rəhbərlərinə zəng etdim. Zəng etmək məqsədim də onları xəbərsiz olduqları məsələlərdən xəbərdar etməkdir. Zənglərin məqsədi bu məlumatı vəziyyətdən xəbəri olmayan və ya çox güman ki, bəzi nüanslardan xəbəri olmayan tərəfdaşlara çatdırmaq idi. Rusiya Prezidenti bu vəziyyətdən mütləq xəbərdardır”.

Baş nazir Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statusunun ratifikasiyası məsələsinə də toxunub və bu prosesin Ermənistan-Rusiya münasibətlərinə heç bir aidiyyəti olmadığını bildirib:

“Biz Roma Nizamnaməsinin ratifikasiyası prosesinə hələ 2022-ci ilin dekabrında başlamışıq. Təəssüf ki, Rusiya ilə Beynəlxalq Cinayət Məhkəməsi arasında münasibətlər kontekstində xoşagəlməz bir təsadüf baş verdi. Bu prosesin Ermənistanla Rusiya arasında münasibətlərə heç bir aidiyyatı yoxdur. Bu, sərhəddəki gərginliklə bağlıdır. Bir tərəfdən, biz, əlbəttə ki, anlayırıq ki, neqativ və ya təşviş doğuran kontekst formalaşır, lakin digər tərəfdən, münasibətlərimizi və digər tərəfdaşlar qarşısında öhdəliklərimizi dondura bilmərik”.

“Biz ratifikasiya edirik, çünki 2022-ci ilin sentyabr hadisələrinin, 2021-ci ilin may hadisələrinin Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən araşdırılmasını istəyirik. Bu, KTMT-nin mövcud olduğu şəraitdə təhlükəsizliyimizin səviyyəsinin artırılmasına əhəmiyyətli təsir göstərə biləcək başqa bir amildir. Ermənistan qarşısında öhdəliklərini yerinə yetirməyib və yerinə yetirmir”, – deyə Baş nazir əlavə edib.

Bu ilin fevralında Beynəlxalq Cinayət Məhkəməsi Rusiyanın Ukraynaya təcavüzü kontekstində Rusiya prezidenti Vladimir Putinin həbsinə order vermişdi.

Əsasnamə ratifikasiya edildikdən sonra Ermənistan hakimiyyəti Rusiya liderini ölkədə görünəcəyi təqdirdə həbs etməyə borclu olacaq.

Bununla əlaqədar, Rusiya tərəfi əvvəllər Roma Əsasnaməsinin ratifikasiyasının Ermənistan və Rusiya arasında müttəfiqlik münasibətləri üçün risklərin olması ilə bağlı narahatlığını ifadə edib.

Baş nazir həmçinin bildirib ki, həyat yoldaşı Anna Akopyanın Ukraynaya səfərini siyasiləşdirmək olmaz:

Bilirsiniz ki, mənim həyat yoldaşım uzun müddətdir Birinci Xanımlar və Cənablar Sammitinin fəaliyyətində iştirak edir və bu tərəfdaşlıq çərçivəsində o, çoxsaylı tədbirlərdə iştirak edir”.

O, xüsusilə indiki şəraitdə cəmiyyəti heç bir siyasi nəticə çıxarmamağa çağırıb.

Nikol Paşinyan Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanla telefon söhbətinin mənalı və faydalı olduğunu qeyd edib:

O da vacibdir ki, bir sıra qarşılıqlı nüanslar olsun və onlarla bağlı, mövqelər, qiymətləndirmələr ilə bağlı daimi ünsiyyət olmalıdır”.

Ana səhifəSiyasətNikol Paşinyan: “Dağlıq Qarabağda yaranmış humanitar böhranı siyasiləşdirməməliyik”