close

Nikol Paşinyan: “Lukaşenko Prezident olduğu müddətdə Belarusa getməyəcəyəm” (yenilənib)

Aleksandr Lukaşenko və Nikol Paşinyan. Foto: Ermənistanın Baş Nazirliyinin ofisi

Baş nazir Belarusdakı səfiri geri çağırdı


Ermənistan Belarusdakı səfiri Razmik Kumaryanı məsləhətləşmək üçün Yerevana çağırıb.

Bu barədə Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan bildirib.


Ermənistanın Baş naziri Nikol Paşinyan Aleksandr Lukaşenkonun Belarusun Prezidenti olduğu müddətdə bu ölkəyə getməyəcəyini deyib.

Baş nazir mövqeyini Aleksandr Lukaşenkonun Ermənistan-Kollektiv Təhükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) münasibətləri barədə dedikləri ilə əlaqələndirib.

“KTMT ölkələrinin liderlərindən biri müharibənin hazırlanmasında iştirak etdiyini, Azərbaycanın qələbəsini ruhlandırdığını, inandığını və arzuladığını bildirir. Bundan sonra mən Belarus rəhbəri ilə KTMT formatında nəyisə müzakirə etməyə gedəcəyəm?”, – deyə Paşinyan əlavə edib.

Baş nazir bildirib ki, o, Müstəqil Dövlətlər Birliyi və Avrasiya İqtisadi İttifaqı çərçivəsində təmaslara icazə verib.

Bilirəm ki, bundan sonra bir daha Belarusa getməyəcəyəm. Nə qədər ki Prezident Aleksandr Lukaşenko Belarusdadır. Ümumiyyətlə, bəyan edirəm ki, bundan sonra Ermənistanın bir rəsmi nümayəndəsi Belarusa getməyəcək”, – Nikol Paşinyan belə deyib.

Ermənistanın KTMT-yə üzvlüyünə gəlincə, Paşinyan nəzəri olaraq heç nəyi istisna etməyib:

“Məsələn, Belarusun özü KTMT-dən çıxsa və ya Belarus Prezidenti erməni xalqından üzr istəsə, izahat tapsa, bu, Ermənistan üçün məqbul olacaq”.

Belarus Prezidenti Aleksandr Lukaşenko mayın 17-də Azərbaycana səfər edərkən Qarabağ müharibəsini azadlıq müharibəsi adlandırmış və belə bir müharibədə qələbənin mümkünlüyünü hələ müharibə başlamamış Əliyevlə müzakirə etdiyini söyləmişdi:

Bakı üçün bu qələbəni saxlamaq çox vacib idi”.

Ana səhifəSiyasətNikol Paşinyan: “Lukaşenko Prezident olduğu müddətdə Belarusa getməyəcəyəm” (yenilənib)