close

O’Brayn Yerevanda: Ermənistan sülh üçün real imkanların yarandığını deyir

Foto: Armenpress

ABŞ Ermənistana yardım etməkdə maraqlı olduğunu ifadə edib

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan regionda uzunmüddətli sülhün bərqərar olması üçün real imkanın olduğunu deyib.

Bu barədə iyunun 11-də Ararat Mirzoyan Yerevanda Ermənistan və ABŞ arasında “Strateji dialoq”un yekun iclasında danışıb.

Toplantıda ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Ceyms O’Brayn da iştirak edib.

Ararat Mirzoyan bugünkü görüşü yüksək səviyyəli siyasi dialoqun nümunəsi adlandırıb.

O əlavə edib ki, bu, demokratik prinsiplərə möhkəm sadiqliyə əsaslanan münasibətlərin gələcək inkişafına təkan verəcək:

Mövcud çağırışlara baxmayaraq, Ermənistan hökuməti demokratik prinsipləri gücləndirmək kursunu davam etdirir. Əminəm ki, tərəfdaşlarımız, xüsusən də ABŞ demokratiyanın nəzərəçarpacaq nəticələr verə biləcəyini sübut etmək üçün yanımızdadır. ABŞ-la əməkdaşlıq müxtəlif sahələri – müdafiə, yüksək texnologiyalar, ədliyyə, iqtisadiyyat və sairəni əhatə edir”.

Erməni nazirin fikrincə, Cənubi Qafqazda sülh və sabitliyin təşviqi üçün böyük potensial əldə olunub:

Ermənistanın ərazi bütövlüyü və suverenliyinə ardıcıl dəstək verməklə yanaşı, ABŞ-nin layiqli sülhün bərqərar olunmasında iştirakı kontekstində Azərbaycanla münasibətlərin normallaşdırılmasına və Alma- Ata bəyannaməsi əsasında ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında sərhədlərin delimitasiyası prosesinə sadiqik”.

ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Ceyms O’Brayn da Ermənistanla ikitərəfli əlaqələr çərçivəsində müxtəlif sahələrdə yardımın olduğunu təsdiqləyib.

Onun sözlərinə görə, Ermənistanda iqtisadiyyat son illər aktiv şəkildə inkişaf edir:

“Aprelin 5-də Brüsseldə keçirilən görüşdə Ermənistanın qlobal iqtisadiyyatda payının artırılması üçün geniş perspektivlərin olduğu göstərilib. Ölkələrimiz bu gün gömrük sektorunda məlumat mübadiləsinə dair saziş imzalayacaq, bu, gələcək illərdə ticarəti və biznesi asanlaşdıracaq. Bu, Brüsseldə müzakirə edilən vədlərin bir hissəsidir”.

Ermənistandakı siyasi proseslər xalqın demokratik istəklərini əks etdirir. Hökumətin qismən bizim köməyimizlə atdığı addımlardan məmnunuq, bura qanunun ön planda olması, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi və insanlara öz fikirlərini bildirmək imkanı verilməsi daxildir. Həmçinin Mərkəzi Asiyadan Aralıq dənizinə qədər regionda davamlı sülhün bərqərar olması, iqtisadi imkanların genişləndirilməsi səylərini təşviq edirik. Ermənistanla Azərbaycan arasında davamlı sülh yaranarsa, bu imkanlar daha da genişlənəcək. Bu baxımdan biz səylərə töhfə verməkdən məmnunuq”, – deyə ABŞ Dövlət katibinin müavini bildirib.

Ana səhifəDünyaO’Brayn Yerevanda: Ermənistan sülh üçün real imkanların yarandığını deyir