close

QMİ Qurban bayramı ilə bağlı fətva verib

Foto: Meydan TV

Qurban kəsimi iyunun 16-dan başlayaraq üç gün davam edə bilər”

Azərbaycan məscidlərində iyunun 16-da Qurban bayramı namazı qılınacaq.

Bu barədə iyunun 11-də Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurasının Qurban bayramı ilə bağlı fətvasında qeyd olunub.

Bildirilib ki, Qurbаn bаyrаmı iyunun 16-na təsadüf edəcək:

Şəriətə uyğun olaraq, Qurban kəsimi iyunun 16-dan başlayaraq üç gün davam edə bilər”.

Həmçinin vurğulanıb ki, Elm və Təhsil Nazirliyi Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının 32/105 saylı 27 may 2024-cü il tarixli  məktubuna əsasən, Azərbаycаn üfüqündə ayın görünməsinə uyğun olaraq Qurbаn bаyrаmı “Zilhiccə” ayının 10-na – miladi təqvimlə 16 iyun tarixinə təsadüf edəcək.

Ana səhifəXəbərlərQMİ Qurban bayramı ilə bağlı fətva verib