close

Ötən il neft sənayəsində 27 işçi xəsarət alıb, 5 nəfər həyatını itirib

Neft daşları, Foto: Northfoto/shutterstock

Xəsarət alanlardan 11 nəfəri SOCAR-ın, digərləri isə əməliyyat şirkətlərinin əməkdaşlarıdır

2023-cü ildə Azərbaycanın hasilat sənayesində əmək qanunvericiliyinin pozulması nəticəsində 27 işçi xəsarət alıb, 5 nəfər həlak olub.

Bu barədə Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı məlumat verib.

Həlak olanlardan ikisi SOCAR “Neftqaztikinti” trestinin, ikisi SOCAR “Azneft” İB-nin 2 saylı İxtisasdırılmış Neft Mədən Xüsusi Texnika İdarəsinin, biri isə “SOCAR Petroleum” Qapalı Səhimdar Cəmiyyətinin işçisi olub.

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının hesabatına görə, xəsarət alanlardan 11 nəfər SOCAR, 8 nəfər “Balaxanı”, 1 nəfər “Qarasu” (Global Energy Azerbaijan) , 1 nəfər “Salyanoyl” (GL Şirkətlər Qrupu), 1 nəfər “Binəqədioyl” (Global Energy Azerbaijan), 1 nəfər “Şirvanoyl”  (Global Energy Azerbaijan), 1 nəfər “Tağıyev” əməliyyat şirkətlərinin, 1 nəfər BP şirkətinin, 1 nəfər “Caspian Marine Services B.V” şirkətinin Azərbaycandakı filialının, 1 nəfər isə Azərbaycan Neft və Qaz Sənayesi İşçilərinin Həmkarlar İttifaqının işçisi olub.

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bu barədə hər hansı açıqlama verməyib.

Ana səhifəXəbərlərÖtən il neft sənayəsində 27 işçi xəsarət alıb, 5 nəfər həyatını itirib