close

Cozep Borel Ararat Mirzoyanla sərhəddəki son insidenti müzakirə edib

Cozef Borel. Foto: AFR

Hadisə Avropa İttifaqının uzun müddətdir müdafiə etdiyi sərhəddə qüvvələrin təcili şəkildə ayrılmasının zəruriliyini bir daha təsdiqləyir”

Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Xidmətinin rəhbəri Cozep Borel (Josep Borell) və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Brüsseldə görüşüb.

Görüşdə regiondakı vəziyyət və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesi də müzakirə olunub.

Bu barədə Avropa İttifaqının rəsmi səhifəsində məlumat paylaşılıb. Bildirilir ki, tərəflər Azərbaycan-Ermənistan sərhədindəki son insidentdən də danışıblar:

“Azərbaycan əsgərinin ermənilər tərəfindən güllələnməsi təəssüf doğurdu. Amma Ermənistanın müdafiə nazirinin insidentin tam araşdırılacağı ilə bağlı bəyanatına məhəl qoymadığı üçün Azərbaycanın bugünkü reaksiyası da qeyri-mütənasib görünür”.

Borel bildirib ki, bu hadisə Avropa İttifaqının uzun müddətdir müdafiə etdiyi sərhəddə qüvvələrin təcili şəkildə ayrılmasının zəruriliyini bir daha təsdiqləyir:

Aİ-nin Ermənistandakı missiyası (EUMA) bu yaxınlarda daha çox işçi heyəti ilə gücləndirilib və münasibətlərin normallaşdırılması səylərinə töhfə verməyə davam edəcək”, – Borel əlavə edib.

Onun sözlərinə görə, Avropa Komissiyası Qarabağ ermənilərinə yardım üçün 5,5 milyon avroluq humanitar yardım elan edib:

Bu maliyyə təcili humanitar ehtiyacların ödənilməsi üçün sentyabrda verilmiş 12,2 milyon avroya, həmçinin Ermənistanın sosial-iqtisadi ehtiyacları üçün 15 milyon avro büdcə dəstəyinə əlavə olaraq gəlir. Biz orta və uzunmüddətli perspektivdə qaçqınların cəmiyyətə və iqtisadiyyata inteqrasiyası üçün Ermənistanı dəstəkləməyə davam edəcəyik”.

Daha sonra Borel deyib ki, yaxın aylarda onlar xarici siyasət və təhlükəsizlik siyasəti ilə bağlı Ermənistanla dialoqu gücləndirəcəklər.

Azərbaycan Xarici İşlər Nazirliyi Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borelin söylədiklərinə reaksiya verib.

Nazirlik hesab edir ki, Cozep Borelin hərbi təcavüz törətmiş Ermənistana bəraət qazandırması, hərbi təxribatına göz yumması kimi qiymətləndirilir:

Təəssüf ki, Aİ tərəfi 5 ay sabitlik hökm sürəndən sonra heç bir təhrikedici amil olmadan snayper atəşi nəticəsində Azərbaycan hərbi qulluqçusunun yaralanmasına etinasız yanaşır”.

Azərbaycan tərəfindən təxribata cavab olaraq atılmış addımlar tam adekvat və lokal xarakterli idi. Bu tədbirlər həmçinin Ermənistan tərəfindən hərbi eskalasiyanın genişlənməsi cəhdlərinin qarşısını alıb”,-deyə nazirlik əlavə edib.

XİN qeyd edib ki, Avropa İttifaqının ali nümayəndəsinin silahlı qüvvələrin geri çəkilməsi barədə heç bir praktiki əhəmiyyətə malik olmayan təklifi təəssüf doğurur:

Aİ tərəfi nəzərə almalıdır ki, Ermənistan tərəfindən sərhədyanı bölgələrdə “Avropa İttifaqı Missiyası himayəsi” altında yerləşdirilmiş muzdlular Azərbaycan hərbçilərinin və mülki əhalisinin həyatına təhdiddir. Azərbaycanın Qarabağ iqtisadi rayonunu könüllü olaraq tərk etmiş erməni əsilli sakinlərin məcburi köçkün kimi qələmə verilməsi və Azərbaycanın ərazisi olan bu bölgəyə münasibətdə “Dağlıq-Qarabağ” kimi mövcud olmayan adlardan istifadə edilməsi qəbuledilməzdir. Azərbaycan tərəfinin dəfələrlə erməni sakinlərin öz evlərində qalması üçün müraciətlər etdiyi Aİ tərəfinə yaxşı məlumdur”.

Ana səhifəSiyasətCozep Borel Ararat Mirzoyanla sərhəddəki son insidenti müzakirə edib