close

Övladının yanında saxlanılan inanclı şəxs bir gün sonra buraxılıb

Foto: Müsəlman Birliyi Hərəkatı

Tərlan Seyidovla bağlı hansı tədbir seçildiyi hələ məlum deyil

Bir gün öncə saxlanılan Müsəlman Birliyi Hərəkatının üzvü Tərlan Seyidovun aprelin 11-də buraxıldığı bildirilir. Bu barədə Meydan TV-yə Tərlan Seyidovun yaxınları məlumat verib.

Söhbət aprelin 10-da sosial şəbələrdə yayılan videoda avtomobildə ailəsilə birlikdə gedərkən saxlanılan şəxsdən gedir. Yayılan videoda Tərlan Seyidovun azyaşlı uşaqların gözü önündə aparıldığı, onun ailə üzvlərini sakitləşdirməyə çalışdığı, lakin uşaqların ağladığı görünür.

Tərlan Seyidov. Foto: sosial şəbəkə

Mülki geyimli şəxslər onun saxlanma səbəbləri haqda heç bir izahat vermədən Tərlan Seyidovu aparıblar.
“Günorta saat 1 radələrində Tərlan Seyidov evlə əlaqə saxlayıb və bildirib ki, buraxılıb. Dediyinə görə, gəlir, yoldadır…”, – yaxınları bildirib.

Ailəsinin məlumatına görə, aprelin 10-da Tərlan Seyidov da son günlər həbs olunan çoxsaylı dini inanclı şəxslər kimi narkotik ittihamıyla şübhəli şəxs qismində saxlanılıb. Bu üzdən onun aprelin 11-də tam sərbəst buraxıldığı, yoxsa cinayət təqibi altında olduğu, sadəcə, istintaq dövrü üçün barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçildiyi məlum deyil.

Ana səhifəSiyasətÖvladının yanında saxlanılan inanclı şəxs bir gün sonra buraxılıb