close

“Aİ Azərbaycandan yanacaq əldə etmək riskinə qarşı istifadə etmək istəyir”

Photo: Official Website of the President of Azerbaijan.

“Politico” Aİ-Azərbaycan münasibətləri ilə bağlı məqalə yazdı

Azərbaycan və Ermənistan arasındakı yeni bir müharibə rəsmi Brüssel üçün və onun Rusiya qazından qurtulmaq cəhdləri baxımından narahatçılıq yaradacağı anlamına gəlir.

“Politico”nun Azərbaycanla bağlı yazdığı məqaləsində belə deyilir.

Müəllif yazır ki, Azərbaycanın istehsal etdiyi qaz və neft Avropa İttifaqının (Aİ) Rusiya yanacağını əvəz etmək baxımında mühüm əhəmiyyət kəsb edir. Lakin bu məsələnin blokun müharibədən zərər görən Cənubi Qafqazda güclü oyunçu olmaq arzusuna mane olmaq təhlükəsi var:

Belə ki, Aİ Azərbaycan və Ermənistan arasındakı gərginliyə səbəb olan dağlıq sərhədin Ermənistan tərəfini qorumaq məqsədilə mülki missiya göndərib, Azərbaycan isə bu addımı onun işlərinə xarici müdaxilə kimi qiymətləndirərək bununla bağlı xəbərdarlıq edib.
Bununla yanaşı, Avropa Parlamenti tərəfindən hazırlanan hesabatda Azərbaycanda insan haqlarının vəziyyəti pislənilib və bu hesabatı ölkədə hiddətə səbəb olub
”.

Yazı müəllifi hesab edir ki, bütün bu məsələlər Aİ-nin blokun illik qaz tədarükünü iki dəfə artıraraq 2027-ci ilə qədər 20 milyard kubmetrə çatdırmaq məqsədilə Azərbaycanla bağladığı yüksək səviyyəli müqaviləyə kölgə salır.

 “Politico” media qurumuna danışan və adının anonim saxlanılmasını istəyən Aİ-nın diplomatik xidmətində çalışan yüksək vəzifəli rəsmilərdən biri monitorinq missiyasının münasibətləri korlamasında təəssüfləndiyini qeyd edib:

Biz Bakı ilə fərqli ssenari yaşanmasına ümid edirdik. Biz patrul xidməti və bu kimi məsələlərlə bağlı bütün məlumatları Azərbaycanla bölüşürük, çünki problem yaransın istəmirik”.

Müəllif yazır ki, Rusiyanın Ukraynaya qarşı həyata keçirdiyi çaşğınlıq yaradan dəhşətli müharibədən sonra rəsmi Brüssel Cənubi Qafqazda mövcudluğunu artırmağa ümid edib. Belə ki, Azərbaycanla iqtisadi əlaqələr yaratmağa çalışan Aİ eyni zamanda iki rəqib dövlət arasında balansı saxlamaq məqsədilə qonşu Ermənistana siyasi dəstək də təklif edib.

“Lakin rəsmi Bakı ötən ilin sentyabr ayında baş verən iki günlük müharibədən sonra rəsmi Brüsselin yanvar ayında açıqladığı 100 müşahidəçini nəzərə almır”, – yazıda vurğulanır.

Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev ötən ay çıxışında ölkəsinin mübahisəli Dağlıq Qarabağ bölgəsi ilə bağlı Ermənistanla qarşıdurmasına xarici müdaxilələr olduğunu bildirərək belə halları pisləyib. “Qarabağ münaqişəsi ilə məşğul olmuş vasitəçilər məsələni həll etməyə yox, dondurmaq üçün səylər göstərirdi”,– deyən Əliyev, rəsmi Bakının “mənasız danışıqlarla yormaq” kimi cəhdlərdən imtina etdiyini söyləyib.

2020-ci ildə İlham Əliyev uğurlu hərbi hücumlara start verərək Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədləri daxilində ayrıca bir bölgə olan, lakin SSRİ-nin dağılmasından sonra etnik erməni əhalinin nəzarətində olan Dağlıq Qarabağın bir hissəsini geri qaytarıb. Bu konflikt Rusiyanın vasitəçiliyi ilə iki ölkə arasında atəşkəs imzalanaraq bitib, lakin gərginlik hələ də artmaqdadır və genişmiqyaslı münaqişələrin yenidən başlama ehtimalı ilə bağlı qorxular var”, – yazıda qeyd olunur.

Bir çox erməni Azərbaycanın yaz aylarında hücuma başlayacağına inanır”, – Aİ missiyasının rəhbəri Markus Ritter “Deutsche Welle” mətbuat orqanına bildirib. “Əgər bu, baş verməsə, bizim missiyamız artıq uğurlu olacaq deməkdir”.

Yazıda xatırladılır ki, bir neçə gün öncə ölkənin dövlət mediası Aİ missiyasını əslində “Azərbaycanı yeni müharibəyə təhrik etməyə” kömək etməkdə günahlandırıb və hər hansı yeni münaqişə olarsa, “Aİ-nin günahı öz üzərinə götürməli olduğunu” bildirib.

Azərbaycan və Rusiya əsasən eyni şeyi iddia edirlər: Aİ missiyası müşahidə adı altında hərbi kəşfiyyat əməliyyatı aparır” – deyə Aİ rəsmisi bildirib. “Onlar tamamilə mülki və silahsız olan missiyanı əvvəldən gözdən salmağa çalışıb və bununla bağlı edə biləcəyimiz çox bir şey yoxdur”.

Aİ missiyasının Azərbaycadakı rəhbəri Vaqif Sadıqov “Politico”-ya açıqlamasında Azərbaycan sərhədi yaxınlığında müşahidəçilərin olmasının rəsmi Bakı üçün narahatlıq yaratdığını qeyd edib.

Bu, Ermənistan və Aİ arasında ikitərəfli məsələdir. Lakin bu, bizim öz sərhəd postlarımızdan bir neçə yüz metr aralıda, Rusiya sərhədçiləri, erməni sərhədçiləri, rus nizami ordusu, erməni nizami ordusu və hərbi birləşmələrinin olduğu bir mühitdə, üstəlik İran sərhədinə daha yaxın, İran ordusunun olduğu bir mühitdə baş verir. Hazırda bizim də Aİ sülhməramlılarımız var. Deməli, bizim qanuni təhlükəsizliklə bağlı suallarımız var”- o deyib.

Sadıqov xəbərdarlıq edib ki, missiya rəsmi Brüsselin regionda mövcudluğunu gücləndirmək cəhdi kimi görülə bilər.

Vaqif Sadıqov. Foto: XİN

Məqalədə qeyd olunur:

“Avropa Parlamentinin ötən ay “Azərbaycanın sentyabr ayında həyata keçirdiyi sonuncu genişmiqyaslı hərbi hücumunu pisləyən”, ölkəni sülh prosesinə xələl gətirməkdə günahlandıran və “Aİ-nin regionda uzun müddətdir ki, davam edən münaqişələrin həllində daha çox iştirak etməyə hazır olduğunu” vurğulayan qətnaməni təsdiqləməsinə rəsmi Bakı qəzəblə qarşılıq verib.

Xarici Əlaqələr Komitəsi tərəfindən səs qoyulan qətnamədə “Azərbaycanın insan haqları və əsas azadlıqlara hörmətin hələ də pis vəziyyətdə olduğu, Aİ-nin ölkə ilə siyasi və enerji tərəfdaşlığını daha da dərinləşdirmədən öncə ölkənin bunların təkmilləşdirilməli” olduğu iddiası irəli sürülüb. Təkliflərdə müxalifət fəallarına qarşı repressiyalara, işgəncə hallarına və müstəqil məhkəmə sisteminin olmamasına diqqət çəkilib”.

Yazıda daha sonra vurğulanır, Azərbaycan Milli Məclisinin Xarici Əlaqələr Komitəsi bu məsələyə cavab verərək bildirib ki, Aİ-nin qərarından “dözülməz korrupsiya iyisi gəlir”. Bəyanatda millət vəkilləri “Ermənistan və uzun müddətdir Avropada xərçəng kimi yayılan erməni diasporu”nun təsiri altında olmaqda ittiham olunub.

“Aİ-nin insan haqları ilə bağlı məsələlərdəki narahatlıqları Bakıdakı höküməti narahat edir” deyə azərbaycanlı demokratiya tərəfdarı, müxalifyönümlü 1918 Hərəkatının rəhbəri Əhməd Məmmədli qeyd edib. İndi o, hökumətə qarşı sanksiyaların tətbiq edilməsi üçün çağırış edərək “Qərbin təbii sərvətlərə satılmadığı müddətcə avtoritar dövlətlərə təzyiq göstərməsi hər zaman mümkündür”,– deyib.

İ.Əliyev. Ş.Mişel və N.Paşinyan. Mənbə: president.az

Rəsmi Brüsselin gərginliyi azaltmaq səyləri uğursuzluqla nəticələnib.

“Ötən ay Avropa Şurasının prezidenti Çarlz Mişel Ermənistan və Azərbaycanın liderləri ilə telefon danışığı apararaq, vəziyyəti müzakirə edib və “Aİ-nin regionda sülh və sabitliyin bərpasına kömək etməyə hazır olduğunu vurğulayıb”. Lakin bir neçə saat sonra Azərbaycan qoşunlarının Dağlıq Qarabağdakı atəşkəs zonasına yenidən daxil olduğunu və ermənilərin silah daşımaq üçün istifadə etdikləri deyilən yola effektiv nəzarəti ələ aldığını təsdiqləyib”, – məqalədə qeyd olunur.

“Carnegie Europe” analitik mərkəzinin baş elmi işçisi Tom de Vaal isə hələ də rəsmi Brüsselin dünyanın ən uzunmüddətli münaqişələrindən biri olan Azərbaycan və Ermənistan arasındakı münaqişədə vasitəçilik edə biləcəyinə ümid bəslədiyini bildirib.

“Aİ sülh prosesini yenidən başlatmaq üçün hər iki tərəfə yaxınlaşır. Kənardan bu təhdidedici görünür, amma içəridəki insanlarla danışanda ümid yaranır ki, yol hələ də bitməyib”.

Lakin o xəbərdarlıq edib ki, bu səylər uğursuz olarsa, Qərbin Azərbaycana qarşı sanksiya çağırışları güclənə bilər və bu, Aİ-nin Azərbaycandan Rusiya yanacağına alternativ kimi istifadə cəhdləri baxımından potensial problemlər yarada bilər.

Ana səhifəSiyasət“Aİ Azərbaycandan yanacaq əldə etmək riskinə qarşı istifadə etmək istəyir”