close

Pantomima Teatrındakı mənimsəmə ilə əlaqədar şöbə müdirinə şərti cəza verildi

Dövlət Pantomima Teatrı. Foto: Wiki

 Aytən Kərimovanın 100 min ödəməsi nəzərə alınıb

Azərbaycan Dövlət Pantomima Teatrının kardlar şöbəsinin keçmiş müdiri, 332 min manatlıq mənimsəmədə ittiham olunan Aytən Kərimovanın məhkəməsi başa çatıb. Bakı Ağır Cinayətlər Məhkəməsində çıxarılan hökmə əsasən, ona 5 il 3 ay şərti cəza verilib. Hökmü Leyla Əsgərova-Məmmədovanın sədrliyilə, Rasim Sadıxov və Novruz Kərimovdan ibarət hakimlər kollegiyası çıxarıb.

Hakimlər hökm çıxararkən 31 yaşlı Aytən Kərimovanın himayəsində iki azyaşlı övladı olmasını, dəymiş ziyanı qismən – 100 min manatını ödəməsini nəzərə alıb.

Aytən Kərimova məhkəmədə ifadəsində özünü qismən təqsirli bildiyini deyib. O bildirib ki, Pantomima Teatrının bank hesabları vergi, sosial sığorta ödənişlərində yaranan problemlərlə əlaqədar bloklanırdı. Bu da işçilərə maaşların ödənilməsində çətinlik yaradırdı. Bu səbəbdən müxtəlif kartlara göndərib, sonradan nağdlaşdırmaq yoluyla işçilərin maaşını nağd şəkildə ödəyirdilər.

Aytən Kərimova mənimsənilən məbləğin 332 min olması barədə göstərilənlərlə razılaşmır. Cinayət məsuliyyətinə cəlb ediləndən sonra ödənilən 100 min manata gəlincə, Aytən Kərimova məhkəmədə deyib ki, evini sataraq, ziyanın bir hissəsini ödəyib.

Ana səhifəSosialPantomima Teatrındakı mənimsəmə ilə əlaqədar şöbə müdirinə şərti cəza verildi