close

Paşinyan KTMT-nin Minskdə keçiriləcək toplantısına getməyəcək

Nikol Paşinyan. Foto: Meydan TV

Kreml Baş nazirin bu qərarından təəssüflənib

Ermənistanın Baş naziri Nikol Paşinyan Belarus prezidenti Aleksandr Lukaşenko ilə telefon danışığında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT)noyabrın 23-də Minskdə keçiriləcək iclasında iştirak etməyəcəyini deyib.

Bu barədə noyabrın 14-də Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Belarus tərəfinin təşəbbüsü ilə Baş nazir Nikol Paşinyan Belarus Prezidenti Aleksandr Lukaşenko ilə telefonla danışıb. Onlar KTMT Şurasının noyabrın 23-də Minskdə keçiriləcək iclasının təşkili ilə bağlı məsələləri müzakirə ediblər. Baş nazir Paşinyan Belarus prezidentinə görüşdə iştirak edə bilməyəcəyi barədə məlumat verib və ümid etdiyini bildirib ki, KTMT tərəfdaşları bu qərarı anlayacaqlar”, – deyə məlumatda bildirilir.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Nikol Paşinyanın KTMT sammitində iştirak etməməsindən təəssüflənib.

Əgər belədirsə, onda yalnız təəssüf hissi ifadə etmək olar. Belə görüşlər mövqeləri dəqiqləşdirmək üçün yaxşı səbəbdir”, – Dmitri Peskov belə deyib.

Bundan əvvəl Nikol Paşinyan və Ermənistan Xarici İşlər Nazirliyinin nümayəndələri dəfələrlə bəyan ediblər ki, Yerevan hazırda KTMT-dən çıxmaq imkanını müzakirə etmir.

Lakin Ermənistan nümayəndələri son aylar təşkilatın tədbirlərinə qatılmayıblar. Həmçinin Ermənistan da KTMT-dəki səfirini geri çağırıb və diplomatik missiyaya yeni rəhbər təyin etməyib.

Noyabrın 8-də Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da MDB-yə üzv dövlətlərin Təhlükəsizlik Şuraları katiblərinin Moskvada keçiriləcək növbəti iclasında iştirak etməmişdi.

Ana səhifəSiyasətPaşinyan KTMT-nin Minskdə keçiriləcək toplantısına getməyəcək