close

Paşinyan MDB-nin Bişkekdəki iclasına getməyəcək

Nikol Paşinyan. Foto: Meydan TV

Baş nazir bunun səbəbini konkret açıqlamayıb

Ermənistanın Baş naziri Nikol Paşinyan MDB Dövlət Başçıları Şurasının oktyabrın 13-də Bişkekdə keçiriləcək iclasında iştirak etməyəcək.

Nikol Paşinyan bu barədə Qırğızıstan Prezidenti Sadır Japarovla telefon danışığında bildirib.

Məlumatı Qırğızıstan Prezidentinin mətbuat xidməti yayıb.

Bildirilir ki, telefon danışığı Paşinyanın təşəbbüsü ilə olub.

“Söhbət zamanı Ermənistanın Baş naziri təəssüflə bəyan edib ki, bir sıra hallar üzündən MDB Dövlət Dumasının Şurasının iclasında iştirak edə bilməyəcək. Liderlər iki ölkə xalqlarının rifahı naminə daimi təmasları davam etdirmək və ikitərəfli münasibətləri dostluq ruhunda gücləndirmək barədə razılığa gəliblər”, – deyə məlumatda qeyd olunur.

Paşinyanın sammitdə niyə iştirak etməyəcəyinin səbəbi açıqlanmayıb.

Bundan əvvəl də Yerevanın qatılmadığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) “Toxunulmaz Qardaşlıq-2023” təlimləri Qırğızıstanda keçirilmışdi.

Ana səhifəSiyasətPaşinyan MDB-nin Bişkekdəki iclasına getməyəcək