close

Həmas: Qəzzaya hücum dayandırılması əsirləri canlı yayımda edam etməli olacağıq

Həmas danışıqlara hazır olduğunu bildirir, İsrail tərəfi isə hələ hər şeyin indi başladığını bəyan edir. Həmasın “Əqsa Tufanı” əməliyyatı ilə alovlanan İsrail – Fələstin münaqişəsində dördüncü gün geridə qalır. Bu ana qədər 900-dən çox israillinin öldüyü bildirilir. Onlardan 260-ı musiqi festivalında Həmas silahlıları tərəfindən birbaşa öldürülüb.

İsrailin Qəzza zolağına hücumları isə təxminən 770 nəfərin həyatına son qoyub, 4100 nəfərin yaralanmasına səbəb olub. Ölü və yaralı sayı dayanmadan artır, müxtəlif mənbələrdə fərqli rəqəmlər səslənir. Onlarla israilli hərbiçi və mülki sakinin Həmas əsirliyində qaldığı deyilir.

Əl-Cəzirə xəbər verir ki, Həmas İsraili Qəzzaya hücumları dayandırmayacağı halda əsirləri edam edəcəyi və bunun canlı yayımda baş verəcəyi ilə bağlı təhdid edib. İsrail ordusu ilə Həmasın hərbi imkanları tükənənə qədər Qəzzanı vuracağı barədə məlumat yayıb.

Ana səhifəVideoHəmas: Qəzzaya hücum dayandırılması əsirləri canlı yayımda edam etməli olacağıq