close

Paşinyanın partiyası mer seçkilərində rəqiblərini qabaqladı

Foto: “azatutyun.am”

Vətəndaş Müqaviləsi Partiyası səslərin 32,57 faizini toplayıb

Sentyabrın 17-də Ermənistanda keçirililən mer seçkilərinin ilkin nəticələri açıqlanıb.

Ermənistan Mərkəzi Seçki Komissiyası 475 seçki məntəqəsi üzrə səslərin hesablanmasına yekun vurub:

5 siyasi qüvvə seçkidə nəzərdə tutulan giriş baryerini keçib: Vətəndaş Müqaviləsi, Milli Tərəqqi, Ana Ermənistan Alyansı, Cəmiyyətin Səsi və Respublika partiyaları”.

MSK Baş nazir Nikol Paşinyanın sədri olduğu Vətəndaş Müqaviləsi Partiyasının rəqiblərindən daha çox səs aldığını bildirib:

“Vətəndaş Müqaviləsi Partiyası seçicilərin 32,57 faizinin səsini toplayıb. İkinci yerdə indiyədək 18,89 faiz səs toplayan sabiq Yerevan meri Hayk Marutyanın Milli Tərəqqi Partiyası, üçüncü yerdə isə 15,43 faiz səslə “Ana Ermənistan” bloku qərarlaşıb. Respublika Partiyası 11,32, Xalqın Səsi Partiyası isə 9,68 faiz səs qazana bilib”.

“Armenpress” yazır ki, giriş baryerini aşan siyasi qüvvələrin heç biri 50 faizdən çox səs toplaya bilməyib:

“Bu o deməkdir ki, heç bir qüvvə təkbaşına mer seçə bilməz, bələdiyyə sədrini seçmək üçün koalisiyalar tələb olunacaq”.

Bildirilir ki, Yerevan icmasının seçici siyahısında 824 min 250 vətəndaş qeydə alınıb, səsvermədə 234 min 553 vətəndaş və ya səsvermə hüququ olan vətəndaşların 28,46 faizi iştirak edib.

Ana səhifəDünyaPaşinyanın partiyası mer seçkilərində rəqiblərini qabaqladı