close

Politoloq kimi tanınan Nəzakət Məmmədova dövlətə xəyanətdə ittiham olunur

Foto: Youtube screenshot

Onun barəsində həbs qətimkan tədbiri seçilib

Müxtəlif media orqanlarında politoloq kimi çıxış edən Nəzakət Məmmədova həbs olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsilə ittiham olunur.

Meydan TV-nin əldə etdiyi məlumata görə, Nəzakət Məmmədova Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən iki gün əvvəl saxlanılıb. Artıq onun haqqında Səbail Rayon Məhkəməsində ilkin istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib.

“Nəzakət Məmmədova Rusiya xeyrinə casusluqda ittiham olunur. Evində axtarış aparılıb, bir sıra əşyalar götürülüb”, – mənbə bildirib.

Məlumata görə, o, bundan öncə də DTX-da dindirilmişdi.

Nəzakət Məmmədovanın ittihama münasibəti məlum deyil.

Onun himayəsində azyaşlı və xəstəlikdən əziyyət çəkən uşağının olduğu bildirilir.

Ana səhifəSiyasətPolitoloq kimi tanınan Nəzakət Məmmədova dövlətə xəyanətdə ittiham olunur